Türkiyədə cibgirlər azərbaycanlı tələbəni soydular
İstanbulun Aksaray bölgəsində azərbaycanlı tələbənin mobil telefonu oğurlanıb. Hadisə aprelin 20-də, səhər saatlarında baş verib. 24 yaşlı Nemət C. adlı şəxs dostunun toyunda iştirak etmək üçün 5 günlük Azərbaycana gedib. Toydan qayıdan gənc əlində çemodan Aksarayda marşrut gözləyərkən iki nəfər ona yaxınlaşıb və "otel lazımdırmı, qardaş?" deyə müraciət ediblər.
26 Aprel 2017 11:32 Dünyaİstanbulun Aksaray bölgəsində azərbaycanlı tələbənin mobil telefonu oğurlanıb. Hadisə aprelin 20-də, səhər saatlarında baş verib. 24 yaşlı Nemət C. adlı şəxs dostunun toyunda iştirak etmək üçün 5 günlük Azərbaycana gedib. Toydan qayıdan gənc əlində çemodan Aksarayda marşrut gözləyərkən iki nəfər ona yaxınlaşıb və "otel lazımdırmı, qardaş?" deyə müraciət ediblər.
Ona yaxınlaşanlardan şübhələnən Nemət "ehtiyac yoxdur, buralı tələbəyəm, istəsəniz, sizə siqaret verərəm" deyərək cibindən iki siqaret çıxarır. Onlar gəncə "sən adamın dibisən" deyərək pencəyindən tutub sol cibini havaya qaldırıblar. Bu zaman azərbaycanlı tələbənin cibində olan telefonu götürüb oradan uzaqlaşıblar.
Telefonun oğurlandığını isə Nemət tramvaya mindikdən sonra başa düşüb. Hadisə baş verən yerə dönsə də, həmin şəxsləri orada tapmayıb və telefonunun tapılması üçün polisə müraciət edib. Virtualaz.org