Tələbələr tütünlə mübarizəyə dair müzakirələrə qoşuldular

Dövlət İdarəçilik Akademiyasında tütünə qarşı mübarizəyə dair məsələlərin panel müzakirəsi aparılıb. Tədbir Dövlət İdarəçilik Akademiyası, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), ASAN Xidmət və ASAN Könüllüləri Təşkilatı ilə birgə təşkil olunmuşdu.

Dövlət İdarəçilik Akademiyasında tütünə qarşı mübarizəyə dair məsələlərin panel müzakirəsi aparılıb. Tədbir Dövlət İdarəçilik Akademiyası, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), ASAN Xidmət və ASAN Könüllüləri Təşkilatı ilə birgə təşkil olunmuşdu. Akademiyanın tələbələri və ASAN könüllülərin iştirakı ilə keçən tədbirdə tütünə qarşı mübarizəyə dair yeni qanunveriçilik layihəsinin müzakirəsi aparıldı. İştirakçıların böyük maraqla qarşıladığı təqdimatda qeyd edildi ki, tütün epidemiyası ictimai səhiyyə problemi çərçivəsindən çıxaraq törətdiyi təhlükələrə görə artıq qlobal miqyas alıb.

Müzakirə və çıxışlarda bildirildi ki, Azərbaycanda tütünlə mübarizə sahəsində bir çox işlər görülüb və bundan sonra da məqsədyönlü tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu baxımdan, tütünlə mübarizə sahəsidə hazırlanan yeni Qanun layihəsi Azərbaycan Respublikası əhalisinin, xüsusilə də uşaq, yeniyetmə və gənclərin sağlamlığının qorunması və sağlam həyat tərzinin təbliği, tütün tüstüsünün təhlükələrindən mühafizəsi məqsədilə daha əhəmiyyətlidi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31