Avropa Gənclər Forumu üzvlərinin şura iclası keçirilib
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Brüsseldə Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu üzvlərinin şurasında iştirak edib.
26 Aprel 2017 12:32 SosialAzərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Brüsseldə Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu üzvlərinin şurasında iştirak edib. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, tədbirdə Avropa Gənclər Forumunda təmsil olunan 104 gənclər təşkilatları milli şurasının və beynəlxalq gənclər təşkilatlarının 110-a yaxın nümayəndəsi iştirak edib. Şurada Avropa Gənclər Forumu üzvləri bir sıra mövzular üzrə qətnamə və siyasət qəbul edib. Həmçinin, 2018-2019-cu illər üçün Avropa Şurasının Gənclər iş üzrə Məşvərət Şurasının üzvləri seçilib. Şura çərçivəsində Avropa Gənclər Forumunun prezidenti tərəfindən yarımillik proqram hesabatı təqdim edilib və qəbul olunmuşdur. Eyni zamanda, Avropa Gənclər Forumunun üzvlüyü üçün müraciət edən təşkilatların namizədliyinə baxılıb. Avropa Gənclər Forumunun Yeni Üzvlərin Qəbulu Komissiyasının üzvü olan Aysun Zeynalova Komissiyanın digər üç üzvləri ilə birlikdə namizəd üzvlərlə keçirilən yoxlamaların nəticələri haqqında hesabat verib və tədbir iştirakçıları tərəfindən unvanlanan sualları cavablandırıb. Məlumat üçün qeyd edək ki, Avropa Gənclər Forumu Avropa ölkələrinin Gənclər Milli Şuraları və beynəlxalq təşkilatlardan ibarət 104 təşkilatı birləşdirir və 10 milyona yaxın gənci əhatə edir, onların maraqlarını təmsil edir. ARGTMŞ 1997-ci ildən Forumun tamhüquqlu üzvü və Azərbaycanı Forumda rəsmi olaraq təmsil etmək hüququna malik yeganə təşkilatdır.