Azərbaycanın tranzit potensialından istifadə imkanları müzakirə edilib
Xəzər Dəniz Gəmiçiliyi” QSC -nin sədri Rauf Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Ukraynaya işgüzar səfər edib. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, nümayəndə heyəti əvvəlcə Odessa şəhərindəki “Çernomorsk” Dəniz Ticarət Limanında olub. Limanın direktoru Sergey Krıjanovskiy bərə-kompleksinin fəaliyyəti haqqında məlumat verib.
26 Aprel 2017 12:31 Sosial"Xəzər Dəniz Gəmiçiliyi" QSC -nin sədri Rauf Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Ukraynaya işgüzar səfər edib. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, nümayəndə heyəti əvvəlcə Odessa şəhərindəki "Çernomorsk" Dəniz Ticarət Limanında olub. Limanın direktoru Sergey Krıjanovskiy bərə-kompleksinin fəaliyyəti haqqında məlumat verib. Sergey Krıjanovskiy azərbaycanlı dənizçilərlə əməkdaşlığa böyük önəm verildiyini və bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib. Hazırda Qara və Aralıq dənizlərində Azərbaycan bayrağı altında 10 gəminin üzdüyünü bildirən Gəmiçiliyin rəhbəri bu rəqəmin artırılması üzərində iş getdiyini də əlavə edib. Azərbaycanın tranzit imkanları barədə danışarkən Rauf Vəliyev qeyd edib ki, ölkəmiz Ukrayna ilə tranzit sahəsində də əməkdaşlıq edir və əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Görüşdə Azərbaycanın tranzit potensialından istifadə etməklə Ukraynanın İran və Mərkəzi Asiya bazarlarına çıxmaq imkanlarına toxunulub, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Ukrayna üçün əhəmiyyəti, bu sahədə vahid tarif siyasətinin tətbiqinin vacibliyi vurğulanıb