AXCP üzvü: “Müsavat ölkənin ən zəif və intriqa mərkəzli bir partiya funksiyasını həyata keçirməkdədir”
“Azərbaycanda siyasi partiyalar arasında müəyyən siyasi çəkiyə malik olan Müsavat partiyası hazırda özünün durğunluq dövrünü yaşayır”. “OLAYLAR” -ın xəbərinə görə, bu fikirləri Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Məhəmməd Əsədullazadə səsləndirib.
26 Aprel 2017 12:30 Siyasət"Azərbaycanda siyasi partiyalar arasında müəyyən siyasi çəkiyə malik olan Müsavat partiyası hazırda özünün durğunluq dövrünü yaşayır". "OLAYLAR" -ın xəbərinə görə, bu fikirləri Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Müsavat partiyası böyük bir tarixi olan Azərbaycan demokratik dövlətini yaradanların partiyası olub: "Hazırda bu partiya ölkənin ən zəif və intriqa mərkəzli bir partiya funksiyasını həyata keçirməkdədir. Partiyanın tənəzzülü İsa Qəmbərin başqanlıqdan getməsi, yerinə Arif Hacılın seçilməsi ilə başladı. Bundan əlavə Arif Hacılının "Yurd" sədrinə yaxınlaşması, bir tərəfdən hakimiyyətlə "gizli dialoqu" partiyanın muxalifət kimi formalaşmasına bir baryerdi". O, qeyd edib ki, Müsavat partiyası prezident seçkiləri ərəfəsində Rusiyanın proyekti olan "Milli Şuranın" üzvü idi: "Ümidləri var idi ki, Kremlin Hollivud rejissoru olan R. İbrahimbəyovun ssenariləşdirilməsi ilə bunların hakimiyyətə yolu açılacaq. Seçkidən sonra Milli Şuranın arzuları puç oldu və Musavat bu qrumdan çıxdı. Bununlada Yurd səri ilə Musavatın düşmənçiliyi davam etməyə başladı. Gələn il prezident seçkiləri yaxınlaşır. Musavat başqanı Arif Hacılı yenədə Milli Şuraya yaxınlaşmaq xəttini işə salıb. Hazırda Yurd sədri Musavatın cəhdlərinin qarşısını almaqdadır. Müsavat partiyasını Razi Nurullanın sədri olduğu AXCP ilə əməkdaşlıq etməsi, bu partiyanı böhrandan çıxarmaqla real müxalifət birliyinin yaradılmasına gətirib çıxarar. Müsavat partiyasının AXCP ilə əməkdaşlığını zəruri hesab edirəm və buna imkanlar var. Gəlin birlikdə güc olaq. Ənənəvi populizmi arxivə göndərin".