Almaniyada “Heydər Əliyev - gənclik-multikulturalizm” mövzusunda beynəlxalq konfrans
Mayın 10 və 11 – də Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Multikulturalizm Mərkəzi və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq nəzəri -praktik konfrans keçiriləcək.
26 Aprel 2017 12:16 SosialMayın 10 və 11 - də Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Multikulturalizm Mərkəzi və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş "Heydər Əliyev - gənclik - multikulturalizm" mövzusunda ikigünlük beynəlxalq nəzəri -praktik konfrans keçiriləcək.
Mərkəzdən "Olaylar" - a bildirlib ki, konfransın keçirilməsi ideyası Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri Litva Pedaqoji Universitetinin elmi işçisi Salomeya Lukayte və Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulis tərəfindən təklif edilib.
Salomeya Lukayte qeyd edib ki, bu layihənin həyata keçirilməsində məqsəd Azərbaycan multikulturalizmini hüquqi və siyasi müstəviyə qaldıran, eyni zamanda gəncliyin dostu və etibarlı dayağı olan Heydər Əliyevə bəslənilən ehtiramı beynəlxalq səviyyədə ifadə etməkdi.
Dimitrios Asproulis isə öz növbəsində vurğulayıb ki, Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri tərəfindən irəli sürülən bu təklif klubun üzvləri tərəfindən rəğbətlə qarşılanıb.
İdeyanın təşəbbüskarlarından olan, Portuqaliyanın Lusofona Universitetinin tələbəsi, gənc rejissor Joao Mestre IV Beynəlxalq multikulturalizm qış məktəbində iştirakının Azərbaycanı və onun multikulturalizm modelini əyani şəkildə tanımağa imkan yaratdığını vurğulayıb. Gənc rejissor həm də IV Beynəlxalq multikulturalizm qış məktəbində iştirakı zamanı əldə etdiyi videoçəkilişlər və bilgilər əsasında Azərbaycan multikulturalizmi modeli ilə bağlı sənədli film çəkdiyini də xatırladıb.
Xatırladaq ki, Azərbaycanın Gənc Dostları Klubu İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən, 16 ölkədən 50-dən çox tələbənin qatıldığı "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Salomeya Lukayte və Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. Beynəlxalq klubda Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət 200-dən artıq üzvü olan Azərbaycanın Gənc Dostları Klubu İctimai Birliyinin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi- bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir.