Bakıda saxlanılan erməninin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Prosesdə ifadə verən M.Ueldanov özünü təqsirli bilməyib. İclasda 5 şahid ifadə verib.

Proses aprelin 28-də davam etdiriləcək.

İttihama görə, ötən il iyulun 28-də Rusiya vətəndaşı M.Ueldanov Bakıda saxlanılıb. O, narkotik maddələrin külli miqdarda qanunsuz dövriyyəsində ittiham edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31