Gündəm

ABŞ alimləri: Pul saymaq insanın əhvalını yaxşılaşdırır

6 İyun 2017 19:21

ABŞ-ın Minnesota ştatı Universitetinin alimləri hesab edirlər ki, pul saymaq insanın əhvalını yaxşılaşdırır. “Deyli meyl” qəzeti yazır ki, insanlar bir müddət pul saydıqdan sonra əhval-ruhiyyələri yaxşılaşır, hətta immun sistemi möhkəmlənir. Kağız və ya dəmir pul saymağın fərqi yoxdur

Alimlərdən tövsiyyə: Minntədarlıq hissi çox faydalıdır

6 İyun 2017 19:18

“MedikForum” portalının yazdığına görə, alimlər mümkün qədər tez-tez “təşəkkür edirəm” deməyi məsləhət görürlər. Verbal minnətdarlıq ifadəsi olan “təşəkkür edirəm” həm onu tələffüz edənə, həm də onun ünvanlandığı adama xoş təsir bağışlayır.

Fruktozadan gen-bol istifadə etmək qaraciyəri piyləndirir

6 İyun 2017 19:12

İspaniya alimləri hesab edirlər ki, siqaret çəkmək və fruktozadan gen-bol istifadə etmək qaraciyərin qeyri-alkoqol zəmində piylənməsinə səbəb olur. Bu xəstəlik hazırda dünyada çox yayılıb.

Alimlər: D vitamini qadınların qanında şəkərin səviyyəsinə nəzarət edir

6 İyun 2017 19:08

Loyola Universitetinin alimləri ilin soyuq aylarında D vitaminin əhəmiyyətini bir daha təsdiq ediblər. Qış aylarında günlər qısalır və insanlar vaxtlarını daha çox qapalı yerlərdə keçirirlər. Bu vaxt D vitamini köməyə gəlir.

İsveç alimləri: Çörək artıq çəki yaratmır

6 İyun 2017 19:04

İsveç alimləri müəyyənləşdiriblər ki, heç də bütün çörək növləri qədd-qamətin düşməni deyildir. Onlardan bəziləri artıq çəkinin qarşısını alır və eyni zamanda, iştahanı da azaldır.

"Valverde baxımlı və maraqlı futbolu sevən mütəxəssisdir"

6 İyun 2017 19:00

"Arsenal"ın müdafiəçisi Ektor Belyerin "Mundo Deportivo" nəşrinə müsahibə verib. Gənc futbolçu "Barcelona"da yeni məşqçi təyinatı barədə sualı belə cavablandırıb. "İngiltərədə "Real" və "Barselona"dan başqa digər klubların oyunlarını izləmək çətindir. Buna baxmayaraq "Athletik"in oyunlarına baxmaq imkanım olub. Valverde baxımlı və maraqlı futbolu sevən mütəxəssisdir. O, rəhbərlik etdiyi komandalarda işinin öhdəsindən layiqincə gəlməyi bacarıb. O, "Barselona" üçün yaxşı məşqçidir".

PKK hücumu: 1 türk hərbçi öldü, 6-sı yaralandı

6 İyun 2017 18:57

Türkiyədə Hakkari-Çukurca yolunda hərbi avtomobilə qumbaraatandan atəş açılıb. PKK-nın silahlı hücumu nəticəsində bir hərbçi ölüb, 6-sı xəsarət alıb.

""Real"ın seçdiyi yol düzgün deyildi"

6 İyun 2017 18:57

"Real"ın portuqaliyalı müdafiəçisi Pepe yayda klubu tərk edəcəyini təsdiqləyib. Təcrübəli futbolçu "As" nəşrinə açıqlamasında bunları deyib: "Gələcəyim haqqında hələ yanvardan düşünməyə başlamışdım. Müqaviləmin bitməsinə 6 ay qalsa da, klub danışıqlara başlamaqda tələsmirdi.

Stadion tikintisində oğurluq - Sabiq nazir həbs edildi

6 İyun 2017 18:56

Braziliyanın keçmiş turizm naziri Enrike Eduardu Alves Natal şəhərində futbol stadionunun tikintisi zamanı oğurluq faktı ilə bağlı həbs olunub. Keçmiş nazir korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.

“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

6 İyun 2017 18:54

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin əməkdaşları fəaliyyətlərini günün tələbləri səviyyəsində quraraq bütövlükdə Naxçıvan Muxtar Respublikasının dialekt və şivələrini öyrənir, təbliğ edir.

AMEA-nın Humanitar Elmlər Bölməsinin  Büro iclası

6 İyun 2017 18:50

İyunun 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib.Tədbirdə bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və HEB üzrə "AMEA-nın professoru" elmi adına namizədlər iştirak ediblər.Akademiyadan “Olaylar” – a bildirlib ki, bölmənin akademik-katibi, akademik Teymur Kərimli iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Akademik Minskdə beynəlxalq konfransda iştirak edib

6 İyun 2017 18:45

AMEA – nın  akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev Belarusun Minsk şəhərində ezamiyyətdə olub. Səfər müddətində Belarus Milli Elmlər Akademiyasının Yeni Materialların Kimyası İnstitutunun təşkilatçılığı ilə keçirilən “Alternativ xammal və yanacaq mənbələri” adlı VI beynəlxalq elmi-texniki konfransda  iştirak edib.

Ankaranın məqsədi: referendumdan sonrakı siyasətin geosiyasi aspektləri

6 İyun 2017 18:43

Türkiyədə konstitusiya dəyişiklikləri barədə referendumun nəticələri fonunda analitiklər geosiyasi dinamikanın dəyişməsi ilə bağlı təhlillər aparmaqda və proqnozlar verməkdədirlər. Bir sıra mütəxəssis hesab edir ki, Ankara bütövlükdə dünya siyasətində daha aktiv yer tutmağa doğru gedir.

Mehrac Abbasov Qazaxıstanda

6 İyun 2017 18:40

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov Qazaxıstan Respublikasının 6 günlük ezamiyyətdə olub. Akademiyadan “Olaylar” – a bildirilib ki,  Mehrac Abbasov Almata şəhərində keçirilən “Genetika, genomiks, bioinformatika və biotexnologiya üzrə IV beynəlxalq konfrans”da iştirak edib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, Böyük Britaniya, Almaniya, Yaponiya, Estoniya, Latviya, Özbəkistan, Belarus və s. ölkələrdən 200-ə yaxın tədqiqatçı iştirak ediblər.

"Qətərin təcrid olunması böyük müharibəyə gətirib çıxara bilər"

6 İyun 2017 18:36

"Qətərin diplomatik təcrid olunması yeni böyük müharibənin başlanğıcı ola bilər". Bu fikri Yaxın Şərq siyasəti üzrə Vaşinqton İnstitutunun Fars körfəzi ölkələri və enerji məsələləri ilə əlaqədar siyasət proqramının direktoru Saymon Henderson yazıb.