Fruktozadan gen-bol istifadə etmək qaraciyəri piyləndirir
İspaniya alimləri hesab edirlər ki, siqaret çəkmək və fruktozadan gen-bol istifadə etmək qaraciyərin qeyri-alkoqol zəmində piylənməsinə səbəb olur. Bu xəstəlik hazırda dünyada çox yayılıb.
6 İyun 2017 19:12 Dünyaİspaniya alimləri hesab edirlər ki, siqaret çəkmək və fruktozadan gen-bol istifadə etmək qaraciyərin qeyri-alkoqol zəmində piylənməsinə səbəb olur. Bu xəstəlik hazırda dünyada çox yayılıb.
Problem ilbəil mürəkkəbləşir, çünki yağlı ərzaq məhsullarının istehlakı da gündən-günə artır. Eyni zamanda, meqapolislərin əhalisinin fiziki aktivliyi çox aşağıdır.
Alimlər müəyyən ediblər ki, nikotin və qanda qlükozanın səviyyəsinin çox olması qara ciyərin piylənməsinə gətirib çıxarır. Statistikaya görə, son yarım əsrdə fruktoza istehlakı 10 dəfə artıb. Həkimlər əhalini reklamlara etibar etməməyə, rasionlarına fikir verməyə çağırırlar.