“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin əməkdaşları fəaliyyətlərini günün tələbləri səviyyəsində quraraq bütövlükdə Naxçıvan Muxtar Respublikasının dialekt və şivələrini öyrənir, təbliğ edir.
6 İyun 2017 18:54 SosialAMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin əməkdaşları fəaliyyətlərini günün tələbləri səviyyəsində quraraq bütövlükdə Naxçıvan Muxtar Respublikasının dialekt və şivələrini öyrənir, təbliğ edir.
Bölmədən "Olaylar" - a bildirlib ki, müxtəlif illərdə şöbə əməkdaşlarının "Naxçıvan dialekt və şivələri", "Naxçıvan ağızlarının söz varlığı", "Azərbaycan dilinin Şahbuz şivələri" və "Naxçıvan şivələrinin frazeologiyası" kitabları çap olunub. Bu günlərdə isə regionun dialekt və şivələrini öyrənilməsi istiqamətində aparılan araşdırmaların və dialektoloji ekspedisiyaların nəticəsi olaraq daha bir kitabın nəşri həyata keçirilib.
İnstitutun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın həmmüəllifi olduğu "Naxçıvan dialekt və şivələrinin lüğəti" kitabı işıq üzü görüb. Nəşrdə toplanılan sözlər dilimizin tarixini, xalqımızın keçmişini, həyatını və məişətini özündə əks etdirir. Kitabda bölgədə təsadüf edilən dialekt vahidləri Azərbaycan dilinin digər bölgələrdəki türk dünyası dialekt və şivələrdəki eyni leksik vahidlərlə struktur-semantik cəhətdən müqayisə olunur.