Gündəm
Ərdoğandan Qarabağ AÇIQLAMASI: "Minsk qrupu acizdir"
"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həllində acizdir". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan qeyd edib ki, ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində səyləri effektsizdir.
Seçkilərdə YAP-ın namizədi kim olacaq?
"Dövlət strukturlarında islahatlar davam etdiriləcək, bu təkcə administrasiya ilə bitməyəcək, digər sahələrdə də biz bunun şahidi olacağıq". Bunu müsahibəsində YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, bildirib ki, bu məsələlərdə bütün səlahiyyətlər prezidentə aiddir: "Artıq çevikliyin təmin olunması, həm iqtisadiyyatda, həm sosial sahədə, həm kənd təsərrüfatında həyata keçirilməsi üçün yeni strukturlara ehtiyac var idi. Bəzi strukturlarda təkmilləşmə işi aparılmalı idi, bəzilərində yenə də bu işlərin aparılması zərurəti var. Bunların hamısı təbii ki, dövlətin inkişafı ilə, dünyada baş verən hadisələrlə, o cümlədən Azərbaycanın həyatında, iqtisadi islahatlarda və digər sahələrdəki irəliləyişlərlə əlaqədar olan məsələlərdir".
Parisdə "bu, Suriya üçün"
Parisdə yerləşən Notr-Dam kilsəsi önündə Əlcəzair əsilli Fransa vətəndaşı polisə hücum edib. Terrorçu "bu, Suriya üçün" deyərək polisi çəkiclə döyüb. Terrorçu digər polis əməkdaşları tərəfindən hadisə yerində öldürülüb. İçərisində 900 nəfərin olduğu kilsə mühasirəyə alınıb. Polis daha bir terrorçunun ola biləcəyi riskini aradan qaldırmaq üçün kilsəyə daxil olub.
Ədəbiyyat İnstitutunda görüş
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) nümayəndələri ilə görüş keçirilib. Akademiyadan "Olaylar" - a bildirilib ki, görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək iki qurum arasında əməkdaşlıq haqqında imzalanmış müqaviləni xatırladıb. Qeyd edib ki, sözügedən müqavilə iki ölkənin ədəbi mühitinin ictimaiyyətə tanıdılması baxımından önəmlidir. Akademik müqavilə çərçivəsində birgə konfransların keçirilməsinin, məqalə və kitab nəşrinin vacibliyini vurğulayıb.
ABŞ Suriya ordusunu raket atəşinə tutdu
ABŞ-ın başçılıq etdiyi koalisiya gücləri Suriyanın At-Tanfe bölgəsində hökumət güclərinə növbəti dəfə raket zərbələri endirib. Bu haqda koalisiya güclərinin bəyanatında deyilir. “Koalisiya Suriya rejimini dəstəkləyən əlavə gücləri Suriyanın cənubunda münaqişənin qarşısının alınması üçün yaradılan zona daxilində məhv edib. Əvvəlki xəbərdarlıqlara baxmayaraq, rejimi dəstəkləyən güclər bu zonaya giriblər. Söhbət tanklar, artilleriya, zirehli avtomobillər, hava hücumundan müdafiə vasitələri və 60-dan çox əsgərdən gedir. Onlar At-Tanfe qarnizonunda olan koalisiya güclərinə təhlükə təşkil edirdilər”, - bəyanatda qeyd edilib.
Zəfər Nemətov anıldı
Fəxri Xiyabanda Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, pedaqoq Zəfər Nemətovun anım tədbiri keçirilib. Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallının “Olaylar” – a verdiyi məlumata görə, xatirə mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, rejissorun ailə üzvləri iştirak edib. Zəfər Nemətovun oğlu, Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Zəfər Nemətovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onun quruluş verdiyi tamaşaların bədii-estetik həllindən bəhs edib.
Başınız gicəllənirsə, mütləq oxuyun!
Adətən başımız gicəllənəndə qandakı hemoqlabinin, yaxud təzyiqin aşağı düşdüyünü fikirləşirik. Halbuki baş gicəllənməsinin müxtəlif səbəbləri ola bilər. Bu səbəblər sırasına menyer xəstəliyi də daxildirBu xəstəlik haqda məlumatı təqdim edirik.
Eyvanda şəkilləri çəkilən aktrisa fotoqrafı məhkəməyə verir
Bu yaxınlarda evinin eyvanında görüntülənən aktrisa Dəniz Çakır şəkillərini çəkən fotoqrafı məhkəməyə verir. Eyvanda aktyor Ekrem Yüceltenlə söhbət edərkən şəkilləri çəkilən aktrisa fotolarının aşağı mərtəbədəki restoranın adıyla birlikdə yayılmasına əsəbləşib. Dəniz bununla evinin asanlıqla tapıla biləcəyindən narahatdır. Aktrisa səbəbkardan təzminat tələb edib.
Uşağı yelləməyin! Beyninə qan sıza bilər – HƏKİM XƏBƏRDARLIĞI
Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir. Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar. Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.
Kompüter arxasında daha çox vaxt keçirənlər üçün monitor təqdim edilib
Tayvanın “BenQ” şirkəti kompüter arxasında daha çox vaxt keçirənlər üçün nəzərdə tutulmuş “GW2470ML” monitorunu təqdim edib. Yeni monitor işıqlandırmada göy rəngin azalması (Low Blue Light Plus funksiyası) ilə səciyyələnir ki, bu da fərdi kompüterdə uzunmüddətli iş zamanı gözlərə düşən gərginliyi azaldır. Qurğu, həmçinin sayrışmanı aradan qaldıran “Flicker-Free” texnologiyası və “Brightness Intelligence” intellektual parlaqlıq tənzimləmə rejiminə malikdir.
Bir milyon “Nubia Z17” smartfonu 51 saniyəyə satılıb
Bu gün “Quick Charge 4.0+” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən ilk “Nubia Z17” smartfonu satışa çıxarılıb. Smartfonun standart dəstinə “Quick Charge 3.0” enerjidoldurma qurğusu daxildir.
Dünyada ilk 5 nanometrlik tranzistor təqdim edilib
ABŞ-ın “IBM” korporasiyası “GlobalFoundries” və Cənubi Koreyanın “Samsung” şirkəti ilə əməkdaşlıq çərçivəsində 5 nanometrlik (nm) mikrosxemlər üçün ilk tranzistor hazırlayıb.
Dünyanın ən bahalı brendləri açıqlanıb
“Google”, “Apple”, “Microsoft”, “Amazon” və “Facebook” şirkətləri dünyanın ən bahalı brendləri beşliyinə daxil olub. Bu barədə Böyük Britaniyanın “WPP” və “Kantar Millward Brown” şirkətlərinin “The BrandZ Global Top 100” adlı birgə illik hesabatında deyilir.
İyulun 1-dən “Skype” proqramının dəstəklənməsi dayandırılacaq
“Microsoft” korporasiyası iyulun 1-dən etibarən köhnə əlavələrə xidmətin göstərilməsini dayandıracaq. Bu siyahıya “Windows Phone 8” və ya “Windows Phone 8.1”, “Windows RT, sistemləri ilə işləyən “Skype” əlavəsi, “Windows 10 Mobile” üçün proqram məlumatları daxildir.














