Zəfər Nemətov anıldı
Fəxri Xiyabanda Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, pedaqoq Zəfər Nemətovun anım tədbiri keçirilib. Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallının “Olaylar” – a verdiyi məlumata görə, xatirə mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, rejissorun ailə üzvləri iştirak edib. Zəfər Nemətovun oğlu, Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Zəfər Nemətovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onun quruluş verdiyi tamaşaların bədii-estetik həllindən bəhs edib.
7 İyun 2017 09:35 Teatr və kino
Fəxri Xiyabanda Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, pedaqoq Zəfər Nemətovun anım tədbiri keçirilib. Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallının "Olaylar" - a verdiyi məlumata görə, xatirə mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, rejissorun ailə üzvləri iştirak edib.
Zəfər Nemətovun oğlu, Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Zəfər Nemətovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onun quruluş verdiyi tamaşaların bədii-estetik həllindən bəhs edib.
Azər Paşa Nemətov qeyd edib ki, Zəfər Nemətov Azərbaycan teatrında təkcə rejissor kimi yox, pedaqoq, özündən sonra bizim teatra yüzlərlə tələbə bəxş edən müəllim kimi hörmət və ehtiramla yad edilir.
Qeyd edək ki, Zəfər Nemətov 1917-ci il iyunun 6-da Bakıda anadan olub.
1931-ci ildən 1941-ci ilə kimi Gənc Tamaşaçılar Teatrında aktyor, 1942-ci ildən - 1953-cü ilə qədər quruluşçu rejissor, 1954-cü ildən 1969-cu ilə kimi isə baş rejissor vəzifəsində çalışıb. Gənc Tamaşaçılar Teatrında "Məlik Məmməd", "Müfəttiş", "Qaraca qız", "Yaşar", "Romeo və Culyetta", "Komsomol poeması", "Əlvida Hindistan" və başqa tamaşalara quruluş verib.
Zəfər Nemət 1971-ci ilin 19 noyabrında 54 yaşında vəfat edib.