Gündəm
Sədaqət Vəliyeva: "Azərbaycan dünyada iqtisadi inkişaf modeli formalaşdırıb"
“Bu gün Azərbaycan bütün istiqamətlər üzrə inkişafın yeni modelini dünya ictimaiyyətinin diqqətinə təqdim etməkdədir. Azərbaycanın siyasi, sosial, iqtisadi, humanitar, beynəlxalq münasibətlər və digər sektorlarda nümayiş etdirdiyi standartlar artıq xarici tədqiqatçıların, beyin mərkəzlərinin də araşdırma predmetinə çevrilməkdədir. Bütün bunlar isə bir daha sübut edir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda reallaşdırılan siyasət rasional və praqmatik xarakter daşıyır, elmi əsaslara söykənir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
"Qırmızı kitab"a daxil edilmiş balıqların ovuna icazə verilməsi qaydası müəyyənləşdi
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna icazə verilməsi halları və qaydası müəyyənləşdirilib. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Balıq və digər su bioresursları ovunun Qaydaları"nda əksini tapıb.
Akif Nağı: “Həmsədrlərə heç bir inam qalmayıb”
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iyunun 19-da regiona növbəti dəfə edəcəyi səfərdən də heç bir şey gözləmirik. 10-15 il bundan öncə Qarabağ Azadlıq Təşkilatı (QAT) olaraq biz dedi ki, ümumiyyətlə həmsədrləri qovmaq lazımdır. Hətta Heydər Əliyev adına Beynəlxalq Hava Limanında da aksiya keçirdik ki, onlar heç VİP salondan çıxmasınlar. O zamanlar cəmiyyətdə bizi dəstəkləyən az idi çünki həmsədlərin bir iş görəcəyinə dair ümidləri var idi”. Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
ATU-da İctimai Nəzarət və Məsləhət Şurası yaradıldı
Azərbaycan Tibb Universitetinin (ATU) Böyük Elmi Şurasının 30 may 2017-ci il tarixli qərarıyla ATU Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılmasına qərar verilib. Artıq şuranın 9 nəfərdən ibarət tərkibi formalaşıb.
Fikrət Məmmədov Naser Seraj ilə görüşüb
Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Dövlət Baş Müfəttişliyinin sədri Naser Seraj ilə görüş keçirib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunaraq bu əlaqələrin dərinləşməsində dövlət başçılarının xüsusi rolu və qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti vurğulanıb.
Azərbaycan vətəndaşı xaricə nə qədər ABŞ dolları apara bilər?
Redaksiyamıza müraciət edən vətəndaşlar soruəurlar ki, xaricə getdikdə nə qədər ABŞ dolları apardıqda vergi ödənilmir? Ümumiyyətlə vətandaş özü ilə xaricə nə qədər ABŞ dolları apara bilər? Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarı ilə təsdiq olunmuş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”na əsasən rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
“İşğal altında: Şuşa. Qisas” kompüter oyununun təqdimatı keçirilib
Bakıda “İşğal altında: Şuşa. Qisas” kompüter oyununun və “Qarabağı tanı” kitabının təqdimat mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Gənclər və İdman naziri Azad Rəhimov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və digər rəsmilər iştirak ediblər.
Bakı məktəblilərindən möhtəşəm qələbə
Paytaxt məktəbliləri Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, kikboksinq idman növü üzrə təşkil olunan Gürcüstan Beynəlxalq Açıq Dünya Çempionatında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 10-u I, 6-sı II, 3-ü III yerə layiq görülüb.
Ermənilər 127 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
London məhkəməsi Azərbaycan Beynəlxalq Bankı ilə bağlı qərar verdi
Nyu-York məhkəməsinin ardınca London məhkəməsi də Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin, habelə hüquqlarının xarici kreditorların iddia tələblərindən qorunması ilə bağlı müsbət qərar qəbul edib.
Dövlət Əmək Müfəttişliyi 69,4 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlərin bir istiqaməti də əmək haqqı və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılmasına yönəlib.
İranda silahlı hücum
İranın paytaxtı Tehran şəhərində yerləşən parlamentə daxil olan üç silahlı şəxs ard – arda atəş açıblar. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, silahlı şəxslər parlamendə bir neçə nəfəri girov götürüb. Ən azı iki mühafizəçinin yaralandığı bildirilir. Ətrafdakılar silah səslərinin hələ də davam etdiyini qeyd edir. Dəqiqələr sonra İranın cənubunda yerləşən Ayətullah Xomeyni türbəsində də silahlı hücum olub. Bir nəfər silahlı şəxs atəş açıb, yaralılar var.
İnvestisuya layihələrinin qəbuluna start verildi
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sahibkarlardan bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir.
Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri Ədliyyə Nazirliyində olub
Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin üzvü Martin Kreutner ilə görüşüb.
Bu gündən bu xəta radara düşəcək - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
Avtomobilinin icbarı sığortası olmayan sürücülər iyunun 7-dən cərimələnəcək. Bununla bağlı hələ 1 həftə əvvəl Baş DYP İdarəsi tərəfindən sürücülərə müraciət edilib.














