İranda silahlı hücum

İranın paytaxtı Tehran şəhərində yerləşən parlamentə daxil olan üç silahlı şəxs ard – arda atəş açıblar. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, silahlı şəxslər parlamendə bir neçə nəfəri girov götürüb. Ən azı iki mühafizəçinin yaralandığı bildirilir. Ətrafdakılar silah səslərinin hələ də davam etdiyini qeyd edir. Dəqiqələr  sonra İranın cənubunda yerləşən Ayətullah Xomeyni türbəsində də silahlı hücum olub. Bir nəfər silahlı şəxs atəş açıb, yaralılar var.

İranın paytaxtı Tehran şəhərində yerləşən parlamentə daxil olan üç silahlı şəxs ard - arda atəş açıblar. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, silahlı şəxslər parlamendə bir neçə nəfəri girov götürüb. Ən azı iki mühafizəçinin yaralandığı bildirilir. Ətrafdakılar silah səslərinin hələ də davam etdiyini qeyd edir.

Dəqiqələr  sonra İranın cənubunda yerləşən Ayətullah Xomeyni türbəsində də silahlı hücum olub. Bir nəfər silahlı şəxs atəş açıb, yaralılar var.

Son məlumata əsasən türbəyə silahı hücum edən şəxs binadan çıxmağı bacarsa da, qaçarkən saxlanılıb.

Ötən gün İranda etirazçı qüvvələr parlament önündə toplanmışdılar. Bildirilir ki, etiraz edənlər Xəzər maliyyə institutuna pul yatıran müəllimlərdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31