ATU-da İctimai Nəzarət və Məsləhət Şurası yaradıldı

Azərbaycan Tibb Universitetinin (ATU) Böyük Elmi Şurasının 30 may 2017-ci il tarixli  qərarıyla ATU Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılmasına qərar verilib. Artıq şuranın 9 nəfərdən ibarət tərkibi formalaşıb. 

İlk dəfə olaraq Şuraya valideyn və tələbə də daxil edilib

Azərbaycan Tibb Universitetinin (ATU) Böyük Elmi Şurasının 30 may 2017-ci il tarixli  qərarıyla ATU Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılmasına qərar verilib. Artıq şuranın 9 nəfərdən ibarət tərkibi formalaşıb. ATU-dan "Olaylar"a verilən məlumata görə, Şuranın tərkibinə Millət vəkili, həkim qastroentroloq İlham Məmmədov,  Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "Asan" radionun direktoru Emin Musəvi, İctimai Televiziyada "İctimai siyasi proqramlar" Departamentinin direktoru Anar Yusifoğlu, "İki sahil" qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü  - Vüqar Rəhimzadə, Azərbaycan Respublikası Təhsil Nazirliyi "SABAH" qruplarının tədris işləri üzrə rəhbəri, "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin hüquqşünas-eksperti Eldar Qocayev, "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli,  ATU-nun Əzcaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, "Gənc vətəndaş" İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva və ATU-nun tələbəsi Məhərrəm Alimli daxildir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31