Fikrət Məmmədov Naser Seraj ilə görüşüb
Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Dövlət Baş Müfəttişliyinin sədri Naser Seraj ilə görüş keçirib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunaraq bu əlaqələrin dərinləşməsində dövlət başçılarının xüsusi rolu və qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti vurğulanıb.
7 İyun 2017 11:45 SosialƏdliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Dövlət Baş Müfəttişliyinin sədri Naser Seraj ilə görüş keçirib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunaraq bu əlaqələrin dərinləşməsində dövlət başçılarının xüsusi rolu və qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti vurğulanıb. Həmçinin, ölkələrimizin zəngin müqavilə bazasına söykənən hüquqi sahədə əməkdaşlığına toxunularaq qarşılıqlı fəaliyyətin perspektivləri barədə faydalı fikir mübadiləsi aparılıb. Nazir ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması çərçivəsində İslam dünyası ilə əlaqələrə xüsusi əhəmiyyət verildiyini, bunun təzahürü olaraq cari ilin fevralında İranın ədliyyə nazirinin ölkəmizə məhsuldar səfərini qeyd edib, N.Serajla bir sıra qlobal antikorrupsiya tədbirlərində faydalı görüşlərini xatırladıb. Səfər zamanı ölkəmizin hərtərəfli inkişafının şahidi olduğunu söyləyən qonaq 400 milyon əhalini birləşdirən ECO təşkilatının əhəmiyyəti və fəaliyyəti barədə məlumat verib, ölkəsində həyata keçirilən antikorrupsiya tədbirlərindən, habelə İranda yaradılmış Beynəlxalq Ombudsman Akademiyasının fəaliyyətindən bəhs edib. O, həmçinin hüquqi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib, İranın ədliyyə nazirinin salamlarını çatdırıb.