Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri Ədliyyə Nazirliyində olub
Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin üzvü Martin Kreutner ilə görüşüb.
7 İyun 2017 11:28 SosialƏdliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin üzvü Martin Kreutner ilə görüşüb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə M.Kreutner Azərbaycan və Beynəlxalq Antikorrupsiya Akademiyasının uğurlu əməkdaşlığını qeyd edib, ölkəmizin qurumun işinə dəstəyini təqdir edərək onun davam etdirilməsinin əhəmiyyətini, habelə azərbaycanlı məzunların Akademiyada yüksək nəticələr əldə etməsini vurğulayıb. Həmçinin, F.Məmmədovun və M.Kreutnerin rəhbərliyində təmsil olunduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının korrupsiyaya qarşı aparılan qlobal mübarizədə rolu qeyd olunub, qurumun inkişaf perspektivləri, növbəti konfransın keçirilməsi və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.