Bakı məktəblilərindən möhtəşəm qələbə

Paytaxt məktəbliləri Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, kikboksinq idman növü üzrə təşkil olunan Gürcüstan Beynəlxalq Açıq Dünya Çempionatında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 10-u I, 6-sı II, 3-ü III yerə layiq görülüb.

Paytaxt məktəbliləri Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a bildirilib ki, kikboksinq idman növü üzrə təşkil olunan Gürcüstan Beynəlxalq Açıq Dünya Çempionatında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 10-u I, 6-sı II, 3-ü III yerə layiq görülüb. Yarışda I yerə sahib çıxan azərbaycanlı məktəblilərdən 3-ü Ermənistandan, 7-si Gürcüstandan olan həmyaşıdları üzərində qələbə qazanıb. Turnirdə, həmçinin, Ankara liseyinin 1 şagirdi II, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasının 1 yetirməsi III yerə layiq görülüb. Qaliblər müvafiq kəmər və diplomla təltif olunublar. Turnirdə Azərbaycandan 36 məktəbli iştirak edib. Yarışda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan və Ermənistandan olan idmançılar mübarizə aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31