Azərbaycan vətəndaşı xaricə nə qədər ABŞ dolları apara bilər?
Redaksiyamıza müraciət edən vətəndaşlar soruəurlar ki, xaricə getdikdə nə qədər ABŞ dolları apardıqda vergi ödənilmir? Ümumiyyətlə vətandaş özü ilə xaricə nə qədər ABŞ dolları apara bilər? Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarı ilə təsdiq olunmuş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”na əsasən rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
7 İyun 2017 11:42 SosialRedaksiyamıza müraciət edən vətəndaşlar soruəurlar ki, xaricə getdikdə nə qədər ABŞ dolları apardıqda vergi ödənilmir? Ümumiyyətlə vətandaş özü ilə xaricə nə qədər ABŞ dolları apara bilər? Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarı ilə təsdiq olunmuş "Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları"na əsasən rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50.000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər. Bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.