Parisdə "bu, Suriya üçün"

 Parisdə yerləşən Notr-Dam kilsəsi önündə Əlcəzair əsilli Fransa vətəndaşı polisə hücum edib. Terrorçu "bu, Suriya üçün" deyərək polisi çəkiclə döyüb. Terrorçu digər polis əməkdaşları tərəfindən hadisə yerində öldürülüb. İçərisində 900 nəfərin olduğu kilsə mühasirəyə alınıb. Polis daha bir terrorçunun ola biləcəyi riskini aradan qaldırmaq üçün kilsəyə daxil olub.

Parisdə yerləşən Notr-Dam kilsəsi önündə Əlcəzair əsilli Fransa vətəndaşı polisə hücum edib. Terrorçu "bu, Suriya üçün" deyərək polisi çəkiclə döyüb. Terrorçu digər polis əməkdaşları tərəfindən hadisə yerində öldürülüb.

İçərisində 900 nəfərin olduğu kilsə mühasirəyə alınıb. Polis daha bir terrorçunun ola biləcəyi riskini aradan qaldırmaq üçün kilsəyə daxil olub.

Fransada artıq bir ilə yaxındır ki, fövqəladə vəziyyət elan edilib. Ən kiçik hadisədə belə əsgərlər küçələrə axışır. Fransanın Daxili İşlər Naziri Cerar Collomb baş verənlərlə bağlı açıqlamasında terrorla mübarizənin Fransa prezidenti Emmanuel Makronun ən əsas prioriteti olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31