Gündəm

Zaqatalada yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına 4,4 milyon manat ayrıldı

6 İyun 2017 18:35

Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Zaqatala rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 4,4 milyon manat, o cümlədən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin yenidən qurulması üçün 1,8 milyon manat, şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisinin başa çatdırılması üçün 2,6 milyon manat ayrılsın.

Azərbaycan və Rusiya gömrükçüləri arasında görüş keçirilib

6 İyun 2017 18:33

İyunun 6-da  Rusiyanın Yessentuki şəhərində bu ölkənin və Azərbaycan gömrük xidmətlərinin gömrük sahəsində hüquqpozmalara qarşı birgə mübarizə mövzusunda görüşü keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırovun və Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Anatoliy Serışevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib. Görüşdə Azərbaycan və Rusiya arasında bütün sahələrdə mehriban dostluq və qonşuluq əlaqələrinə söykənən əməkdaşlığın mövcud olduğu və bu əməkdaşlığın gömrük sahəsində də uğurla davam etdirildiyi bir daha vurğulanıb.

Hesablama Palatası yoxlamanın nəticələrini açıqladı

6 İyun 2017 18:32

Hesablama Palatasının Kollegiya iclası keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun  Quba rayon şöbəsinə  dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sığortası üzrə gəlirlərin və xərclərin icrasına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

ORUC TUTANLARA: iftarınızı bununla açın

6 İyun 2017 18:20

Ramazan ayında oruc tutanların sağlamlıq problemi yaşamaması üçün mütəxəssislər ilk növbədə sağlam və təbii qidalar yeməyi məsləhət görür. Belə qidalardan biri də baldır. Xüsusən də Ramazan ayında xam balı süfrələrdən əskik etməmək lazımdır.

“Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçirilib

6 İyun 2017 18:06

5-6 iyun 2017-ci il tarixlərində Excelsior Baku Hotelində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramına uyğun olaraq AMEA-da hazırlanmış “Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçirilib.

“Valyuta tənzimi haqqında” qanun dəyişdirilir

6 İyun 2017 18:04

İyunun 6-da  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. “Olaylar” xəbər verir ki,  komitə sədri Ziyad Səmədzadə iclası açaraq gündəlik barədə məlumat verib. Z.Səmədzadə bildirib ki,  ölkədə müvəffəqiyyətlə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsi istiqamətdə görülən işlərlə bağlı bir sıra qanunlara  dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Filippin öz vətəndaşlarının Qətərə getməsinə qadağa qoyub

6 İyun 2017 18:01

Filippin hökuməti öz vətəndaşlarının Qətərə işləməyə getməsinə müvəqqəti qadağa qoyub. Bu addım ötən gün ərəb ölkələri ilə Qətər arasında yaşanan diplomatik böhranla əlaqədar atılıb.

Magistraturaya qəbul imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI

6 İyun 2017 17:59

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 4-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

Trampdan Qətərlə bağlı AÇIQLAMA

6 İyun 2017 17:37

"Yaxın Şərqə səfərim zamanı radikal ideologiyaların maliyyələşdirilməməsinin vacibliyini qeyd etdim. Bütün ölkələr Qətəri işarə etdilər". Bunu ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində bir neçə ölkənin Qətərlə diplomatik əlaqələri kəsməsi ilə bağlı yaranan böhrana münasibət bildirərkən yazıb. Bu, ABŞ prezidentinin məsələyə ilk reaksiya olub.

Ölkənin aparıcı media rəhbərlərinin Naxçıvan təəssüratları- VİDEO

6 İyun 2017 17:36

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə 31 may-2 iyun tarixlərində ölkənin aparıcı media rəhbərləri muxtar respublikaya səfər ediblər.

Qubada avtomobil aşıb, 11 nəfər xəsarət alıb

6 İyun 2017 17:30

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Dəlləkli kəndi ərazisində qeydə alınıb. İçərisində 11 nəfərin olduğu “Qazel” markalı avtomaşın aşıb. Qəza nəticəsində bağlardan meyvə yığmağa gedən 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 7-si ilkin tibbi yardımdan sonra evə buraxılıb, 4 nəfərin müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir. Fakt araşdırılır.

Əhliman Əmiraslanov: “Dəyişikliklər əhalinin maraqlarına uyğundur”

6 İyun 2017 17:28

“Əhalinin sağlamlığının qorunması haqqında” qanunda edilən dəyişikliklər vacibdir. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. “Olaylar” xəbər verir ki, Ə.Əmiraslanov bildirib ki, dəyişikliyə əsasən, həkim sirrinin açıqlanması hallarının siyahısı genişləndirilir.

Türkiyənin məşhur caz qrupu ilk dəfə Bakı səhnəsində

6 İyun 2017 17:16

Türkiyənin məşhur caz qrupu - “Önder Focan ve Şalliel Bros” Bakıda konsert verəcək. İyunun 7-də Beynəlxalq Muğam Mərkəzində “Premier LTD”nin təşkilatçılığı ilə caz layihəsi təqdim olunacaq. Tədbir Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyi ilə yanaşı, Fransa və Belçikanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə baş tutacaq.

Arda milli komandadan qovuldu

6 İyun 2017 17:13

"Barselona"da çıxış edən Türkiyə millisinin kapitanı Arda Turanın Makedoniya matçından qayıdarkən jurnalist Bilal Meşeyə təyyarədə hücum edərək boğazından yapışıb, təhqir etdiyi haqda məlumat vermişdik. Hadisənin ardından Sloveniya düşərgəsində nələr olacağı maraqla gözlənilərkən Fatih Terim hər kəsi təəccübləndirəcək qərar verib.

"Borussiya"nın yeni baş məşqçisi məlum oldu

6 İyun 2017 17:12

Dortmund "Borussiya"sına yeni baş məşqçi təyin edilib. Bundan əvvəl Niderlandın "Ayaks" klubunu çalışdıran Peter Boş artıq Almaniya komandasında işləyəcək. Mütəxəssislə iki illik müqavilə imzalanıb.