Gündəm

Formula 1 Azərbaycan Qran Prisində maksimal sürət azala bilər

6 İyun 2017 17:06

Bu il keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində maksimal sürətin artmasını gözləmirik, əksinə sürət bir qədər azala bilər. Bunu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi və Formula 1 yarışları üzrə direktoru Çarli Vaytinq deyib.

Putin agentlərini Qarabağa göndərdi - MƏXFİ PLAN İŞƏ DÜŞDÜ

6 İyun 2017 17:00

Rusiya Ermənistandakı Erubuni hərbi bazasına MiQ-29 təyyarələri göndərəcək. “Voennoye obozreniye” nəşrinin məlumatına görə, Rusiyanın Kurskda yerləşən Qərb Hərbi Dairəsinin 14-cü alayına məxsus Xalino aerodromuna çoxtəyinatlı “Su-30SM” qırıcı təyyarələri gətiriləcək.

Londonda terror törətmiş üçüncü şəxsin adı məlum olub

6 İyun 2017 16:52

Böyük Britaniyada iyunun 3-də terror aktı törədən üçüncü şəxsin adı məlum olub. Bu, 22 yaşlı Mərakeş əsilli italiyalı Yusef Zaqbadır. O, əvvəllər Britaniya hüquq-mühafizə orqanlarının müşahidəsi altında olmayıb.  

Penitensiar müəssisədə peşə hazırlıqı kursları

6 İyun 2017 16:48

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq penitensiar müəssisələrdə peşə hazırlığının təşkili işləri Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsində davam etdirilib.

Bilik Fondu bölgələrdə mühazirələr təşkil etdi

6 İyun 2017 16:45

İyunun 6-da Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Biləsuvarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov və Bakı Dövlət Universitetinin kafedra müdiri Əlizadə Məmmədovun, Ağsuda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Bakı Dövlət Universitetinin professoru Əmir Əliyevin “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələri təşkil olunub.

"FETÖ işi" ilə bağlı tutulan AXCP üzvünə cəza istənildi

6 İyun 2017 16:34

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək, təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.  

İŞİD Mosuldan qaçmaq istəyən 163 sakini güllələdi

6 İyun 2017 16:33

"İŞİD terror qruplaşması İraqın Mosul şəhərində 163 dinc sakini güllələyib". Bunu BMT-nin İnsan haqları üzrə ali komissarı Zeyd Rəəd-əl Hüseyn deyib. "Mənim əməkdaşlarımın verdiyi məlumata görə, kişi, qadın və uşaqların meyitləri Mosulun qərbindəki Əl-Şirə kvartalının küçələrindədir. İŞİD üzvləri şəhərdən qaçmaq istəyən insanları öldürüb", - deyə o, söyləyib.

Azərbaycanda mövcud olan ictimai-siyasi, mədəni mühit region dövlətləri üçün vacib nümunədir

6 İyun 2017 16:31

Azərbaycan XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra demokratiya yolunda inamla addımlamağa başladı. Düzdür, müstəqilliyin ilk illərində qeyd edilən istiqamətlərdə addımlar atmaq, islahatlar həyata keçirmək o qədər də asan deyildi. Ancaq qısa bir zamanda müstəqil Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi ölkədə demokratik prinsiplərin bərqərar olması, inkişaf etdirilməsi, onun irəli aparılması istiqamətində zəruri və lazımlı addımlar atmağa başladı. Demokratiyanın başlıca göstəricilərindən biri olaraq ölkədə fikir, söz, məlumat, ifadə azadlığının təmin edilməsi istiqamətində ciddi addımlar atdı.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi: "Bank sektoru ilə bağlı diqqətli, həssas olmağa çalışırıq"

6 İyun 2017 16:20

"Tərəfimizdən bank işləri ilə bağlı müxtəlif cinayət işlərinin istintaqı aparılır. İbtidai araşdırmalar da gedir". Bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Yay olimpiada düşərgəsi təşkil ediləcək

6 İyun 2017 16:18

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən şagirdlərin yay tətilində riyaziyyat, informatika, kimya, fizika və biologiya fənləri üzrə intensiv dərslərdən ibarət yay olimpiada düşərgəsi təşkil ediləcək.

Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində işlər yekunlaşır

6 İyun 2017 16:17

Atletlər kəndinin nəqliyyat əməliyyatlarına görə yeri dəyişdirilən Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin əvvəlki yerinə qaytarılması istiqamətində görülən işləri artıq yekunlaşmaqdadı. Bu barədə məlumat “OLAYLAR”-a BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, Mərkəzdə hərəkətin təhlükəsizliyi baxımından əlavə tədbirlər görülüb. Avtobusların daxil olduğu perronların girişlərinə sürət azaldan maneələr qoyulub, sərnişinlər üçün məlumatverici və maarifləndirci löhvələr vurulub.

Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 98-ci sessiyası keçiriləcək

6 İyun 2017 16:15

İyunun 7 – 16-da Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında Təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 98 – ci sessiyası işə başlayacaq.

Nərimanov prospektində hərəkət məhdudlaşdırılacaq

6 İyun 2017 16:14

Yasamal rayonu “Sovetski” ərazisinin yenidən qurulması layihəsi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti açılan Nərimanov prospekti və Abdulla Şaiq küçəsində təmir işləri davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq sabahdan etibarən sözügedən küçə və prospektlə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub. Sürücülərdən təmir işləri bitənədək hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Elşən Musayev: “Bu islahatlar xüsusən daha da çevik xarakter alıb”

6 İyun 2017 16:12

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin timsalında Azərbaycan idarəçiliyində son baş verən islahatları olduqca yüksək qiymətləndirirəm”. Bunu  millət vəkili Elşən Musayev deyib.

Markalar kolleksiyasının MEK - ə təqdim olundu

6 İyun 2017 16:11

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) markalar kolleksiyasının təqdimatını keçirdi. Kitabxanadan “Olaylar” – a bildirilib ki, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova markalar haqqında hər kəsin məlumatlı olduğunu söyləyib.L.İmanovanın dediyinə görə markalarda ölkənin tarixi, önəm verdiyi məqamlar, faktlar və yaxud başqa ölkənin digəri barədə vermək istədiyi məlumatlar əks olunur. Direktor Azərbaycan Filatelistlər İttifaqının üzvlərinin kolleksiyalarının unikal olduğunu, həmin kolleksiyaları rəqəmsal versiyada MEK-ə təqdim etməyi təklif etdi. Gələcək perspektivdə markaların rəqəmsal versiyasının mübadiləsinin mümkünlüyündən danışdı.