Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 98-ci sessiyası keçiriləcək

İyunun 7 – 16-da Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında Təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 98 – ci sessiyası işə başlayacaq.

İyunun 7 - 16-da Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında Təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 98 - ci sessiyası işə başlayacaq. "OLAYLAR"-ın DDA-ya istinadən verdiyi xəbərə görə, sessiyasında Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Keçiriləcək sessiyanın gündəliyində etimadnamələr haqqında məruzə, Beynəlxalq Dəniz Təşkilatının digər üzvlərinin qərarları, əsas sənədlərə dair düzəlişlərin qəbulu və nəzərdən keçirilməsi, BDT - nin sənədlərinin erkən tətbiqi, dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, yük və konteynerlərin daşınması, çirklənmənin qarşısının alınması və cavab tədbirləri və sə daxildir. Sessiya zamanı "Dənizdə insan həyatının mühafizəsi haqqında 1974 - cü il tarixli Beynəlxalq Konvensiya"ya (SOLAS), "Qaz və aşağı alışma temperaturuna malik digər yanacaqdan istifadə edən gəmilərin təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə"yə (IGF Code), "Yüksək sürətli gəmi haqqında 1994 - cü il tarixli Beynəlxalq Məcəllə"yə (1994 HSC Code), "Yüksək sürətli gəmi haqqında 2000 - ci il tarixli Beynəlxalq Məcəllə"yə (2000 HSC Code), "Xilasedici vasitələr haqqında Beynəlxalq Məcəllə"yə (LSA Code), "Qalama üsulu ilə daşınan bərk yüklər haqqında Beynəlxalq Məcəllə"yə (IMSBC Code) təklif edilən düzəlişlərin qəbul edilməsi məsələləri nəzərdən keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31