Elşən Musayev: “Bu islahatlar xüsusən daha da çevik xarakter alıb”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin timsalında Azərbaycan idarəçiliyində son baş verən islahatları olduqca yüksək qiymətləndirirəm”. Bunu  millət vəkili Elşən Musayev deyib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin timsalında Azərbaycan idarəçiliyində son baş verən islahatları olduqca yüksək qiymətləndirirəm". Bunu  millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, təyinat məsələsində ən doğru olanı cənab Prezident İlham Əliyev bilir: "Çünki ölkə başçısı hər zaman demokratiyanı, islahatı, yenilikçiyi tətbiq və təbliğ edib. Azərbaycan gəncliyinə olan diqqəti xüsusən böyük formatda qiymətləndirmək istərdim. Hesab edirəm ki, ümumiyyətlə bu islahatlar, dəyişikliklər gözlənilən idi. Çünki cənab Prezident özü də maraqlıdır ki, Azərbaycan dövlət idarəçiliyi maksimum çevik xarakter alsın. Təbii ki, bütün addımlar da ona yönəlib. Hesab edirəm ki, dövlət başçısının bu islahatları davamlı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31