Nərimanov prospektində hərəkət məhdudlaşdırılacaq

Yasamal rayonu “Sovetski” ərazisinin yenidən qurulması layihəsi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti açılan Nərimanov prospekti və Abdulla Şaiq küçəsində təmir işləri davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq sabahdan etibarən sözügedən küçə və prospektlə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub. Sürücülərdən təmir işləri bitənədək hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Yasamal rayonu "Sovetski" ərazisinin yenidən qurulması layihəsi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti açılan Nərimanov prospekti və Abdulla Şaiq küçəsində təmir işləri davam etdirilir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq sabahdan etibarən sözügedən küçə və prospektlə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub. Sürücülərdən təmir işləri bitənədək hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31