Gündəm

Kamran Əliyev: "Bakı Lift İdarəsinin baş direktoru barəsində araşdırma aparmırıq"

6 İyun 2017 16:03

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmır. Bu barədə baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

İstanbula giriş-çıxış bağlandı -Yeni əməliyyat

6 İyun 2017 16:00

İstanbulda 5 min polis təhlükəsizlik əleyhinə yeni əməliyyatın icrasına başlayıb. İstanbul polis rəisi Mustafa Çalışkanın rəhbərliyi ilə həyata keçirilən "Kurtakapanı" adlı əməliyyat çərçivəsində şəhərin bütün giriş-çıxışları bağladılıb.

Firəngiz Əlizadə Rusiyanın  “Kultura” kanalında

6 İyun 2017 15:54

İyunun 8-də Rusiyanın “Kultura” telekanalında yayimlanacaq  “Eniqma” verilişi dünya şöhrətli bəstəkar,  Azərbaycan Bəstəkarlar Ittifaqinini sədri, Xalq artisti, AMEA-nın müxbir üzvi, professor, “Şöhrət” və  “Şərəf” ordenli,UNESCO-nun “Sülh naminə artist”- i  Firəngiz Əlizadənin yaradıcılığına həsr olunub.

Vüqar Bayramov: “Azərbaycanın beynəlxalq hesabatlarda mövqeyini daha da yaxşılaşacaq”

6 İyun 2017 15:53

"Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi  “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Tədbirlər Planınının həyata keçirilməsi beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyini daha da yaxşılaşdıracaq”.

Bu il korrupsiya ilə bağlı 73 cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib

6 İyun 2017 15:52

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə mütəmadi şəkildə aparılır". Bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, baş idarədə bu il 73 cinayət işinin istintaqı yekunlaşıb və məhkəmələrə göndərilib. Onun sözlərinə görə, hazırda 112 cinayət işi icraatdadır.

Lavrov: "Balkan ölkələrinin NATO-ya üzv olmasının əleyhinə deyilik"

6 İyun 2017 15:50

"Rusiya Balkan ölkələrinin NATO-ya üzv olmasının əleyhinə deyil". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov slovakiyalı həmkarı Miroslav Layçakla birgə keçirdiyi mətbuat konfransında bildirib.  "Rusiya Balkan ölkələrinin, o cümlədən Monteneqro və Makedoniyanın Avropa iqtisadi inteqrasiyasının bir hissəsinə çevrilməsinə qarşı deyil.

Ümumdünya Ətraf Mühit Günü qeyd edilib

6 İyun 2017 15:38

Paytaxt məktəblərində 5 iyun-Ümumdünya Ətraf Mühit Günü qeyd olunub. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində iməciliklər keçirilib. İməciliklər zamanı məktəblərin həyətyanı sahələrində və sinif otaqlarında təmizlik işləri aparılıb, ağacların gövdəsi əhənglənib, bitkilərin dibi bellənib və suvarılıb.

Tbilisidə üçtərəfli görüş keçirilib

6 İyun 2017 15:37

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında üçtərəfli görüş keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan məlumata görə, səmimi dostluq şəraitində keçən görüşdə yüklərin (konteyner daşımaları) Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçməklə) Avropaya və əks istiqamətdə quru yolla daşımalarının təşkili, Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçməklə) Avropaya və əks istiqamətdə Azərbaycan və İran limanlarının vasitəsilə yük daşımalarının (konteyner daşımaları) təşkili, tərəflərin dəmir yollarında yük vaqonlarının təkər arabacıqlarının dəyişdirilərək (1520 mm standartlı izdən 1435 mm standartlı izə və əksinə keçirilərək) hərəkəti məsələləri müzakirə olunub. Bildirilib ki, hazırda böyük həcmli yük Fars körfəzi regionundan və Hindistandan Avropaya və əks istiqamətdə dəniz nəqliyyatı ilə daşınır və bu da 30-40 günə başa gəlir.

Rusiya ilə ABŞ arasında daha bir GƏRGİNLİK

6 İyun 2017 15:35

Rusiyanın "Su-27" qırıcı təyyarəsi Baltik dənizi üzərində Rusiya sərhədi boyunca uçan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52" bombardmançı təyyarəni aşkarlayaraq nəzarətə götürüb və onu müşayiət edib.

Rusiyanın təhsil naziri MDB ölkələrinin kiril əlifbasına qayıtmasını təklif edir

6 İyun 2017 15:31

Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB ölkələrinin kiril əlifbasına qayıtmasını təklif edib. Nazir bu barədə "Rus dünyası və rus dili: inkişafın tarixi kökləri və istiqamətləri" forumunda çıxışında bildirib.

Ramiz Mehdiyev Qubadakı “Soyqırımı memorial kompleksi” ilə bağlı sərəncam imzalayıb

6 İyun 2017 15:29

Quba şəhərindəki “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin son vaxtlar təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur. Prezident İlham Əliyev kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə müvafiq tapşırıq verib.

Binə sakinini həyətində 80  çətənə kolu aşkar edilib

6 İyun 2017 15:27

Binə qəsəbə sakinin həyətində çətənə koluaşkar edilib. DİN-dən verilən məlumata görə, daxil olan məlumat əsasında Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri keçirilib. Nəticəsində Binə qəsəbə sakini Asif Dənziyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 80 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Gözəllik salonundan oğurluq edən qadın saxlanıb

6 İyun 2017 15:25

İyunun 5-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarından birində Bakı şəhər sakini Cəmilə Mirzəliyə məxsus içərisində 20 manat pul olan çanta oğurlanıb. DİN-dən verilən məlumata görə, çantanı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səbinə Rzayeva Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-yə təhvil verilib.

İmişli və Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

6 İyun 2017 15:24

İyunun 5-də saat 22 radələrində İmişli rayonunun Ağaməmmədli kəndində rayon sakini Vaqif Əbilov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan həmyerlisi Vüqar Ağaşova məxsus “QAZ-5312” markalı avtomobilə vurub.

Avtoqəzada 1 nəfər ölüb

6 İyun 2017 15:22

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə,  iyunun 5-də saat 13 radələrində Quba şəhərində rayon sakini Araz Bədəlov idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən həmyerlisi Füzuli Çərkəzovun idarə etdiyi “VAZ-2170” markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilən F.Çərkəzov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.