İmişli və Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
İyunun 5-də saat 22 radələrində İmişli rayonunun Ağaməmmədli kəndində rayon sakini Vaqif Əbilov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan həmyerlisi Vüqar Ağaşova məxsus “QAZ-5312” markalı avtomobilə vurub.
6 İyun 2017 15:24 Kriminalİyunun 5-də saat 22 radələrində İmişli rayonunun Ağaməmmədli kəndində rayon sakini Vaqif Əbilov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında dayanan həmyerlisi Vüqar Ağaşova məxsus "QAZ-5312" markalı avtomobilə vurub. DİN-dən verilən məlumata görə, nəticədə V.Əbilovun sərnişini, həmyerlisi Valeh Məmmədov hadisə yerində ölüb. İmişli RPŞ tərəfindən araşdırma aparılır. Həmçinin, Gəncə şəhəri ərazisində Samux rayon sakini Vasif Hümbətov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən şəhər sakini Səidə Abdullayevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.Kəpəz RPİ tərəfindən araşdırma aparılır.