Gözəllik salonundan oğurluq edən qadın saxlanıb
İyunun 5-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarından birində Bakı şəhər sakini Cəmilə Mirzəliyə məxsus içərisində 20 manat pul olan çanta oğurlanıb. DİN-dən verilən məlumata görə, çantanı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səbinə Rzayeva Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-yə təhvil verilib.
6 İyun 2017 15:25 Sosialİyunun 5-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarından birində Bakı şəhər sakini Cəmilə Mirzəliyə məxsus içərisində 20 manat pul olan çanta oğurlanıb. DİN-dən verilən məlumata görə, çantanı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səbinə Rzayeva Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-yə təhvil verilib.