Gündəm

IV İslam Həmrəyliyi Oyunlarında uğur qazanan sərhədçilər mükafatlandırılıblar

6 İyun 2017 15:22

“Sərhədçi” İdman Olimpiya Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, görüşdə qeyd olunub ki, ölkə idmanına daima öz layiqli töhfələrini verən “Sərhədçi” idman klubunun üzvləri Azərbaycan yığma koman­dasının tərkibində IV İslam Həmrəyliyi Oyunlarına qatılmış, 3 qızıl, 2 gümüş və 2 bürünc medalı qazanıblar.

Qadınların siyasi hüquq və azadlıqları

6 İyun 2017 15:18

Siyasi hüquq və azadlıqlar vətəndaşın hüquq və azad­lıqlarının mühüm kateqoriyasıdır. Siyasi hüquq və azadlıqlar dövlət hakimiyyətinin həyata keçirilməsində və dövlətin ic­timai-siyasi həyatında insanın dövlət hakimiyyəti və hüquqla təmin edilmiş iştirakı imkanıdır. Siyasi hüquqlar demokratiya sisteminin əsasıdır. Digər hüquqların reallaşması üçün ən vacib şərt vətəndaşların siyasi hüquqlarıdır, çünki onlar demokratiya sisteminin üzvi əsasını təşkil edir və elə dəyərlərdə özünü göstərir ki, hakimiyyət bunlarla özünü məhdudlaşdırmalı və həmin müddəaları qanunvericiliyində nəzərdə tutmalıdır.

Azercell SABAH tələbələrinin inkişafına öz töhfəsini verməkdə davam edir

6 İyun 2017 15:17

Azercell Telekom MMC SABAH qrupları tələbələrinə dəstəyini davam etdirir. Azercell Akademiyası tədrisçiləri 31 May-1 iyun tarixlərində  “Karyera brendini yarat’ və “Təqdimat bacarıqları” mövzusunda tələbələrə təlim keçiblər. 30-a yaxın tələbənin iştirak etdiyi təlimdə karyera planlaması, CV və rezume yazılışı, müsahibəyə hazırlıq, təqdimat bacarıqları və s. mövzular üzrə təlim keçirilib, tələbələrlə müzakirələr aparılıb. 

“Azərbaycan-Gürcüstan münasibətlərində etibarlılıq var”

6 İyun 2017 15:12

Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlər hər keçən gün daha da inkişaf etməkdə, hər üç ölkənin birgə təşkilatçılığı ilə silsilə tədbirlər, həmçinin nazirlər səviyyəsində müxtəlif görüşlər keçirilməkdədir.

Ermənistanın baş naziri istefa verdi, Sarkisyan qəbul etmədi

6 İyun 2017 15:09

Ermənistanın baş naziri Karen Karapetyan iki dəfə istefa vermək üçün müraciət etsə də, prezidentSerj Sarkisyan bundan imtina edib. "Bu barədə Joğovurd" nəşri məlumat yayıb.

Deputat: "Gürcüstan hökuməti də yaxşı bilir ki, Əfqan Muxtarlı məsələsi qəsdən ortaya atılıb"

6 İyun 2017 15:07

Qanunsuz olaraq Gürcüstandan Azərbaycana keçən Əfqan Muxtarlının həbsini siyasiləşdirərək Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışanlar heç nəyə nail ola bilməyəcəklər.

Saatda 500 kilometr sürətlə hərəkət edən avtomobil partladı - VİDEO

6 İyun 2017 15:06

ABŞ-ın Nyu-Hempşir ştatında keçirilən dreq-raysinq avtomobil yarışı zamanı rekord sürətlə hərəkət edən avtomobil partlayıb. Avtomobilin sükanı arxasında 28 yaşlı yarışç Kortni Fors olub. Onun avtomobili startdan bir neçə saniyə sonra saatda 500 kilometrə yaxın sürət yığıb və bu zaman əvvəlcə yanğın, ardınca partlayış baş verib.

Döyülən jurnalist Arda Turanı məhkəməyə verəcək

6 İyun 2017 15:04

"Milliyet" qəzetinin idman yazarı Bilal Meşe Türkiyə milli komandasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turanı məhkəməyə verəcək. Bu barədə "Doğan" agentliyinə təcrübəli jurnalistin özü bildirib.

Təhsil Nazirliyindən "Son zəng"lə bağlı açıqlama

6 İyun 2017 15:03

Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumi təhsil məktəblərində təşkil ediləcək.

Kamran Əliyev: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətidir"

6 İyun 2017 15:01

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətidir". Bunu bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşü çərçivəsində keçirilən I plenar iclasda baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. 

Hacı Zeynalabdin Tağıyev haqqında kitab

6 İyun 2017 14:51

"Xan" nəşriyyatında Azərbaycanın görkəmli sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş kitab nəşr olunub. "Hacı Zeynalabdin Tağıyev xatirələrdə" adlı kitabda milyonçu-mesenat haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri toplanıb.

Avtomobilin oturacaqlarında 6 mobil telefon aşkar edilib

6 İyun 2017 14:49

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar2a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön oturacaqlarının içindən gömrük nəzarətindən gizlədilən 2 ədəd "Samsung Galaxy Grand prime" 2 ədəd "Samsung Galaxy J5 prime" və 2 ədəd "Samsung Grand J3 " markalı mobil telefonar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Saxta spirtli içki istehsalçısı saxlanıb

6 İyun 2017 14:48

Daxil olan əməliyyat məlumatı əsasında Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Rəhim Heydərovun evinə baxış zamanı oradan 1800 ədəd “Gəncə Şərab-2” və “Premium Vodka” yazılı etiket, 1794 ədəd spirtli içki başlığı və 887 ədəd aksiz markası aşkar edilərək götürülüb. DİN-dən verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə əmtəə nişanlarını R.Heydərova həmyerlisi İbrahim Allahverdiyevin satdığı məlum olub və o, saxlanılıb.

"Mətbuat KİVDF-nin Müşahidə Şurasının yeni üzvlərindən çox şey qazanacaq"

6 İyun 2017 14:45

“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasına seçilən yeni üzvlərin hər biri öz sahələrində kifayət qədər peşəkarlığı ilə tanınan, seçilən, mətbuatımızda önəmli yeri olan insanlardır. Düşünürəm ki, onlar KİVDF-nin növbəti illərdəki fəaliyyətinə kifayət qədər töhfələr verəcək, cəmiyyətimiz, eləcə də mətbuatımız onların fəaliyyətindən çox şey qazanacaq”. Bunu SİA-ya açıqlamasında KİVDF-nin Müşahidə Şurasının sədri Umud Rəhimoğlu deyib.

Ermənistanda aparıcı KİV-lər bağlanır

6 İyun 2017 14:36

Baş nazir Karen Karapetyan ozünə sərf etməyən KİV-lərin bağlanması üçün Ermənistandakı əlaqələri kifayət etmədiyindən Moskvaya üz tutmalı olub. Karapetyan məsələni siyasiləşdirərək Rusiyadakı siyasi dairələr vasitəsilə Serj Sarkisyana təzyiq etmək istəyir ki, prezident bəzi KİV-ləri bağlasın.