Hacı Zeynalabdin Tağıyev haqqında kitab

"Xan" nəşriyyatında Azərbaycanın görkəmli sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş kitab nəşr olunub. "Hacı Zeynalabdin Tağıyev xatirələrdə" adlı kitabda milyonçu-mesenat haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri toplanıb.

"Xan" nəşriyyatında Azərbaycanın görkəmli sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş kitab nəşr olunub. "Hacı Zeynalabdin Tağıyev xatirələrdə" adlı kitabda milyonçu-mesenat haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri toplanıb. Nəşrdə H.Z.Tağıyev haqqında iki bioqrafik oçerk, görkəmli ziyalıların, onun vəsaitinə təhsil alan tələbələrin, xeyriyyəçi ilə ünsiyyətdə olmuş insanların xatirələri toplanıb. Kitabın tərtibçisi, ön sözün və şərhlərin müəllifi AMEA Tarixi Muzeyinin elmi katibi t.ü.f.d. Fərhad Cabbarovdur.

Qeyd edək ki, yeni kitab 2013-cü ildə F.Cabbarovun tərtib etdiyi H.Z.Tağıyev haqqında xatirələr toplusunun ikinci, təkmilləşdirilmiş nəşridir. Kitaba olan oxucu marağını nəzərə alaraq onun yenidən çap olunması qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31