IV İslam Həmrəyliyi Oyunlarında uğur qazanan sərhədçilər mükafatlandırılıblar

“Sərhədçi” İdman Olimpiya Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, görüşdə qeyd olunub ki, ölkə idmanına daima öz layiqli töhfələrini verən “Sərhədçi” idman klubunun üzvləri Azərbaycan yığma koman­dasının tərkibində IV İslam Həmrəyliyi Oyunlarına qatılmış, 3 qızıl, 2 gümüş və 2 bürünc medalı qazanıblar.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Olaylar"a verilən məlumata görə, görüşdə qeyd olunub ki, ölkə idmanına daima öz layiqli töhfələrini verən "Sərhədçi" idman klubunun üzvləri Azərbaycan yığma koman­dasının tərkibində IV İslam Həmrəyliyi Oyunlarına qatılmış, 3 qızıl, 2 gümüş və 2 bürünc medalı qazanıblar. Belə ki, cüdo yarışlarında baş leytenant Nicat Şıxəlizadə, karate üzrə  leytenant Fəridə Abıyeva, paracüdo üzrə gizir Ramilə Kaştayeva  bütün rəqibləri üzərində qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının qalibləri olmuşlar.  Voleybol üzrə leytenant Emil Abdullayev, cüdo üzrə gizir Rüstəm Orucov gümüş, Yunan-Roma güləşi üzrə leytenant Rəsul Çunayev və üzgüçülük üzrə Fatimə Alkərəmova bürünc medal qazanmışlar. "Sərhədçi" idman olimpiya mərkəzinin rəis müavini, sərbəst güləş üzrə ölkəmizin yığma komandasının baş məşqçisi polkovnik-leytenant Firdovsi Umudovun yetirmələri 4 qızıl, 2 gümüş və 1 bürünc, "Sərhədçi" idman olimpiya mərkəzinin təlimatçısı, üzgüçülük üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Əbdürəhmanovun yetirmələri isə 4 qızıl və 2 bürünc medal qazanmışlar. "Sərhədçi" idman olimpiya mərkəzinin üzgüçülük və su polosu üzrə təlimatçıları Rəşad Əliyev və Namiq Qasımov oyunlara hakim qismində qatılaraq yarışların ədalətli keçməsi üçün bilik və bacarıqlarını əsirgəməyiblər. Görüşün sonunda IV İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak etmiş sərhədçi idmançılar mükafatlandırılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31