"Mətbuat KİVDF-nin Müşahidə Şurasının yeni üzvlərindən çox şey qazanacaq"
“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasına seçilən yeni üzvlərin hər biri öz sahələrində kifayət qədər peşəkarlığı ilə tanınan, seçilən, mətbuatımızda önəmli yeri olan insanlardır. Düşünürəm ki, onlar KİVDF-nin növbəti illərdəki fəaliyyətinə kifayət qədər töhfələr verəcək, cəmiyyətimiz, eləcə də mətbuatımız onların fəaliyyətindən çox şey qazanacaq”. Bunu SİA-ya açıqlamasında KİVDF-nin Müşahidə Şurasının sədri Umud Rəhimoğlu deyib.
6 İyun 2017 14:45 Sosial"Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasına seçilən yeni üzvlərin hər biri öz sahələrində kifayət qədər peşəkarlığı ilə tanınan, seçilən, mətbuatımızda önəmli yeri olan insanlardır. Düşünürəm ki, onlar KİVDF-nin növbəti illərdəki fəaliyyətinə kifayət qədər töhfələr verəcək, cəmiyyətimiz, eləcə də mətbuatımız onların fəaliyyətindən çox şey qazanacaq". Bunu SİA-ya açıqlamasında KİVDF-nin Müşahidə Şurasının sədri Umud Rəhimoğlu deyib.
U. Rəhimoğlu bildirib ki, Şuraya təyinat alan 9 üzvdən 3-ü mətbuat, 3-ü dövlət qurumlarında, 3 nəfəri isə ictimai təşkilatlarda təmsil olunurlar: "Qanunvericiliyə görə, şuraya üzv olanların hər biri 4 il müddətinə iki dəfə seçilə bilərlər. Mən yeni seçilən üzvlərin hər birini təbrik edir, onların fəaliyyətlərində uğurlar arzu edirəm. İnanırıq ki, yeni üzvlər KİVDF-nin fəaliyyətinin yönləndirilməsində uğurlu addımlar atacaq və fond mətbuatımız üçün daha ciddi layihələrin həyata keçirilməsində öz imzasını qoyacaq".
Şura sədri qeyd edib ki, ümumiyyətlə KİVDF-nin yaranması və formalaşdırılması Azərbaycan vətəndaş cəmiyyəti, media sahəsində son illərin ən böyük uğurlarından biridir: "Belə bir qurumun yaranması Azərbaycan mətbuatının çoxsaylı problemlərinin həllində önəmli rol oynayıb. Bilirsiniz ki, KİVDF jurnalistlərin sosial problemlərinin həllində, medianın maddi texniki bazasının formalaşdırılması, eləcə də maliyyə sahəsində önəmli layihələr həyata keçirir. Əlbəttə ki, bütün bunlar Azərbaycan Prezidentinin xüsusi diqqət və qayğısı nəticəsində həyata keçirilir. Bizə göstərilən etimada görə ölkə başçısına təşəkkür edirəm".
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilib:
Dövlət orqanlarından:
Quliyev Cəmaləddin Həsən oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri
Həsənov Rasim Aydın oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri
Hümbətov İntiqam Rəsul oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri
Kütləvi informasiya vasitələrindən:
Həsənov Həsən Zal oğlu - "Xalq qəzeti"nin baş redaktoru
Hüseynov İlqar Məmməd oğlu - "Trend" İnformasiya Agentliyinin baş direktoru
Quliyev Bəhruz Vaqif oğlu - "Səs" qəzetinin baş redaktoru
Jurnalist təşkilatlarından:
Əskərov Ramiz Baxşəli oğlu - Azərbaycan Jurnalistlər Birliyinin baş katibi
Mirzəyev Ayaz Nizami oğlu - "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri
Rüstəmov Əvəz Cahangir oğlu - "Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri.