Gündəm
Umud Rəhimoğlu: "Azərbaycandan narazı olan kiçik bir qrup Gürcüstanda yerləşib"
“Xaricdən maliyyələşən QHT-lərin erməni lobbisi və bəzi beynəlxalq qurumların Gürcüstan üzərindən ölkəmizə qarşı əsassız ittihamları jurnalist Əfqan Muxtarlının həbsindən sonra daha qabarıq şəkildə özünü büruzə verdi”. Bunu Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
Züleyxa Nadir yazır... Özü sual olan müəllim
Bu günlərdə ölkənin gündəmini ağrılı bir məsələ təkrar zəbt etdi. Ötən ilin dekabrinda mətbuat yazmışdı: “Cənub bölgəsində müəllimlərin imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən – öz ixtisasından 0 (sıfır) qiymət alıb”. Sonra isə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov xəbəri təkzib etmişdi: “Diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi 0 bal olmayıb”.
Bakıda dələduz falçı tutuldu
Respublikanın daxili işlər orqanları əməkdaşları dələduzluq yolu ilə vətəndaşları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pullarını mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.
"Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır"
“Azərbaycan mədəniyyətlərarası dialoqun yaradılmasına böyük əhəmiyyət verib. Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bir neçə beynəlxalq yarışlar, tədbirlər keçirilib. Bu gün Azərbaycan iqtisadi dayanıqlığa əsaslanan ölkədir. Ölkədə insan hüquq və azadlıqları təmin edilib”.
Növbəti “Şəbəkə” xidmət mərkəzləri fəaliyyətə başladı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti “Şəbəkə” xidmət mərkəzlərini istifadəyə verib. Xəzər (Sergey Yesenin küçəsi 102) və Yasamal (Hüseyn Cavid prospekti 19) rayonlarında yerləşən “Şəbəkə” xidmət mərkəzlərində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə xidmətləri təşkil edilib.
Azərbaycan may ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edib
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin may ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Hazırlıq tamamlandı: Rusiyanın iki il gözlədiyi müharibə başlayır
“Rusiya ordusunun Ukrayna sərhədinə yaxın ərazilərində təlimləri və döyüş hazırlığının yoxlanılması iki motivlə bağlı ola bilər: Ukrayna ordusunun mümkün hücumunun qarşısının alınmasına hazırlıq və şəxsi hücumun planlaşdırılması”.
"Şamaxıda sürüşmənin dinamikasında ciddi aktivlik var, yeni uçqunlar baş verib"
Şamaxıda sürüşmənin dinamikasında ciddi aktivlik var. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O xatırladıb ki, Şamaxı şəhərinin 48A məhəlləsində bir neçə ay bundan əvvəl sürüşmə, oturma hadisələri baş vermişdi: "Hazırda da həmin sürüşmənin dinamikasında ciddi artım qeydə alınıb. Son günlərdə qədim sürüşmə sahəsi olan Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində də yenə uçqun hadisələri baş verib. Hazırda yolu təmizləyiblər, nəqliyyat vasitələri işləyir". Rəisin sözlərinə görə, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyi də sürüşmə ərazisidir: "Son günlər sahədə sürüşmə prosesi aktivləşib, nəticədə uçqun və çöküntü hadisələri qeydə alınıb. Həmin ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib".
Maşallah Əhmədovun məhkəməsində mühabisə
Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb. Prosesdə ifadə verən "Sahil MTK"nın sahibi Kamil Alıyevbildirib ki, podratçı şirkət tərəfindən M.Əhmədova daşların alınması və bir blokun üzlənməsinə görə 27 min manat ödənilib.
Suriya müxalifətinin dəstələri Raqqaya daxil olublar
Suriya müxalifəti alyansının "Suriya demokratik qüvvələri"nin (SDF) silahlı dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr-red.) Raqqa şəhərinə daxil olublar. Bunu alyansın nümayəndələrindən biri deyib.
Binəli Yıldırım: "Türkiyə Qətər böhranının dialoq yolu ilə həllinə ümid edir"
Türkiyə Qətər böhranının dialoq yolu ilə həll ediləcəyinə ümid edir. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında çıxışı zamanı deyib. B.Yıldırım qeyd edib ki, hazırda Türkiyə prezidenti də bu böhranın həll üçün fəal diplomatik işə başlayıb: "Region ölkələri arasında dialoqa ehtiyac var".
4 yaşlı uşağın üzərinə qaynar su töküldü
Tovuzda 4 yaşlı uşaq üzərinə qaynar su tökülməsi nəticəsində ağır xəsarət alıb. Hadisə rayonun Bayramlı kəndində baş verib. Kənd sakini, 2003-cü il təvəllüdlü Əmiraslanov Samir Eyvaz oğlu yaşadığı evdə oyun oynayan zaman üzərinə içərisi qaynar suyla dolu qazan aşırdıb.
Cenevrədə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası keçirilir
İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası öz işinə başlayıb. Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən sessiyada ölkəmizi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Masallıda “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbir keçirilib
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) iyunun 3-də Masallı şəhərində “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda seminar keçirib. “Cənub kitab evi”nin konfrans zalında keçirilən tədbirə Cənub bölgəsində mövcud olan yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin nümayəndələri qatılıblar.
“AtaSığorta” ASC yeni nümayəndəlikləri istifadəyə verilib
Müştəri məmnuniyyətini artırmaqda səylərini əsirgəməyən “AtaSığorta” ASC yeni nümayəndəliklərini müştərilərin xidmətinə verdi. Şirkətdən “OLAYLAR”-a bildirilib ki, açılış mərasimində “AtaSığorta” ASC-nin İdarə Heyətinin üzvləri, departament və şöbə rəhbərləri iştirak etmişdir.














