“AtaSığorta” ASC yeni nümayəndəlikləri istifadəyə verilib

Müştəri məmnuniyyətini artırmaqda səylərini əsirgəməyən “AtaSığorta” ASC yeni nümayəndəliklərini müştərilərin xidmətinə verdi. Şirkətdən “OLAYLAR”-a bildirilib ki, açılış mərasimində “AtaSığorta” ASC-nin İdarə Heyətinin üzvləri, departament və şöbə rəhbərləri iştirak etmişdir.

Müştəri məmnuniyyətini artırmaqda səylərini əsirgəməyən "AtaSığorta" ASC yeni nümayəndəliklərini müştərilərin xidmətinə verdi. Şirkətdən "OLAYLAR"-a bildirilib ki, açılış mərasimində "AtaSığorta" ASC-nin İdarə Heyətinin üzvləri, departament və şöbə rəhbərləri iştirak etmişdir. Müasir tələblərə tam cavab verən yeni nümayəndəliklər "BAKI" Nümayəndəliyi Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 33 ünvanında, "YASAMAL" Nümayəndəliyi Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 24 ünvanında, "GƏNCLİK" Nümayəndəliyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pr. 29 ünvanında fəaliyyət göstərəcək. Xidmət şəbəkəsinin genişlənməsi "AtaSığorta" ASC-nin əsas inkişaf prioritetlərindən biridir. Yeni açılmış nümayəndəliklər Bakı şəhərində yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə müştərilərə peşəkar və operativ xidmətin göstərilməsini təmin edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31