Suriya müxalifətinin dəstələri Raqqaya daxil olublar

Suriya müxalifəti alyansının "Suriya demokratik qüvvələri"nin (SDF) silahlı dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr-red.) Raqqa şəhərinə daxil olublar. Bunu alyansın nümayəndələrindən biri deyib. 

Suriya müxalifəti alyansının "Suriya demokratik qüvvələri"nin (SDF) silahlı dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr-red.) Raqqa şəhərinə daxil olublar. Bunu alyansın nümayəndələrindən biri deyib. O bildirib ki, hücum əməliyyatında ABŞ və tərəfdaşları xüsusi rol oynayıblar. Belə ki, koalisiyanın hərbi-hava qüvvələri İŞİD-in mövqelərinə zərbələr endirib, quru qoşunlar isə SDF döyüşçüləri ilə yanaşı döyüşüblər. Suriya müxalifətinin dəstələri Raqqaya şərq istiqamətindən daxil olublar.
 
Qeyd edək ki, Raqqa 2013-cü ildə İŞİD-in nəzarətindədir. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı sayılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31