Umud Rəhimoğlu: "Azərbaycandan narazı olan kiçik bir qrup Gürcüstanda yerləşib"

“Xaricdən maliyyələşən QHT-lərin erməni lobbisi və bəzi beynəlxalq qurumların Gürcüstan üzərindən ölkəmizə qarşı əsassız ittihamları jurnalist Əfqan Muxtarlının həbsindən sonra daha qabarıq şəkildə özünü büruzə verdi”. Bunu  Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

"Xaricdən maliyyələşən QHT-lərin erməni lobbisi və bəzi beynəlxalq qurumların Gürcüstan üzərindən ölkəmizə qarşı əsassız ittihamları jurnalist Əfqan Muxtarlının həbsindən sonra daha qabarıq şəkildə özünü büruzə verdi". Bunu  Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycandan narazı olan kiçik bir qrup Gürcüstanda yerləşib və onlar öz fəaliyyətlərini daha çox bu ölkədən həyata keçirirlər: "Onlar müxtəlif donorlarla qurumlardan aldığı vəsaitin hesabına guya özlüyündə Azərbaycana köməklik etməyə çalışırlar. Hesab edirəm ki, bu, qeyri-şəffaf fəaliyyətdir. Jurnalist Əfqan Muxtarlının həbsindən sonra da çoxlu suallar gümdəmə gəldi. Ümumiyyətlə bu məsələnin mahiyyəti kənarda qalıb. Daha çox Azərbaycan-Gürcüstan münasibətlərinin pozulmasına, bir-birinə yaxın strateji əməkdaş olan ölkələrin birgə fəaliyyətinə, tərəfdaşlığına zərbə vurmağa çalışırlar. Görünən odur ki, göstərilən cəhdlərin hamısı əbəs yerədir. Burada Ermənistan xüsusi xidmət orqanlarının, işğalçı ölkənin bir sıra qurumlarının, beynəlxalq sahədə fəaliyyət göstərən şəbəkənin fəaliyyəti müşahidə edilir. Düşünürəm ki, bu məsələlərə yaxın bir zamanda işıq salınacaq və problem kökündən həllini tapmış olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31