Gündəm
“Azərbaycan turizm potensialının elmi təşviqi” mövzusunda dəyirmi masa
İyunun 6 – da AMEA-nın konfrans zalında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurası ilə birgə “Azərbaycan turizm potensialının elmi təşviqi” mövzusunda dəyirmi masa təşkil olunub. Mərkəzdən “Olaylar” – abildirlib ki, metodiki mərkəzin 2017-ci il üçün iş planında nəzərdə tutulmuş “Mədəni turizmin inkişafına həsr olunmuş silsilə seminarlar”-ın davamı olaraq keçirilən tədbir həmçinin, Şura ilə imzalanmış anlaşma Memorandumunun çərçivəsində həyata keçirilib.
Körpülərin sayı Şəki və Qaxa üz tutan turistlərin marağına səbəb olur
Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin uzunluğu 35 km-dir. Bu avtomobil yolunun 2015-ci ilin noyabr ayının 4-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə açılışı baş tutub. Sözügedən yol yeni müasir görkəmi və rahatlığı ilə seçilir. Ancaq bununla yanaşı körpülərinin sayı ilə də diqqət çəkir. Belə ki, bu yolda nə az, nə çox düz 21 ədəd körpü mövcudur.
Azad Rəhimov vətəndaşları qəbul edəcək
İyunun 7-də gənclər və idman naziri Azad Rəhimov Sabirabad rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.
Nazirlik jurnalistlər üçün media-tur təşkil edib
Kənd Təsərrüfatı Nazirliyi media nümayəndələrini ölkəmizdə baramaçılıq sahəsində görülən işlərlə tanışlıq məqsədilə media nümayəndələrinin Qax-Şəki zonasına səfərini təşkil edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, səfər zamanı jurnalistlər Qax Damazlıq İpəkçilik Stansiyasında olacaq, kümçülərlə - baramaçılarla görüşəcək, yeni salınmış tut bağlarına baxış keçirəcəklər. Media-tur iştirakçıları Şəki-İpək ASC-nin fəaliyyəti ilə tanış olmaq, eləcə də kümçülərdən hazır barama məhsulu qəbulu prosesini izləmək imkanı da qazanacaqlar.
Daha 17 dövlət əmlakı özəlləşdirildi
İyunun 6-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda 7 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 17 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirilən qeyri-yaşayış sahələrinin 5-i paytaxtda (Yasamal, Xətai və Nərimanov rayonlarında), 1-i isə Gəncədə yerləşir. Bu əmlakların sahəsi 14,2-107,3 kv.m arasında dəyişir. Özəlləşdirilən kiçik dövlət müəssisələrinin 4-ü Bakıda (Qaradağ, Nəsimi, Binəqədi və Nərimanov rayonlarında), 3-ü isə regionlarda (Gəncə, İmişli və Qubada) yerləşir.
Məhkəmə Əfqan Muxtarlının şikayətini təmin etmədi
İyunun 6-da Bakı Apellyasiya Məhkəməsində Əfqan Muxtarlı barəsində Səbail Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb. “Olaylar” xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
Şəkidə qadınlar üçün treninq keçirilib
İyunun 5-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhərində Sənətkarlar Evində qadın sahibkarlar üçün treninq keçirilib.
Qərəzli bəyənat, yoxsa müxalifətə dəstək aksiyası?
Qərb dövlətlərinin təsiri altında olan beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli siyasətlərini davam etdirməkdədirlər. Xüsusən, Avropa Birliyi ölkəmizlə bağlı yayılan məlumatın mahiyyətinə, onun həqiətə uyğun olub-olmamasına baxmayaraq şablon bəyənatla çıxış etmık taktikasını sərgiləməkdədir.
"Şimali İrlandiya ilə oyuna ciddi hazırlaşırıq"
"Bizim üçün həlledici şanslardan biridir. Bu baxımdan çox ciddi hazırlıq keçirik". Yığmamızın çalışdırıcısı Robert Prosineçki bunu "Belfast Telegraph"a açıqlamasında deyib. Xorvatiyalı mütəxəssis oyuna ciddi hazırlaşdıqlarını bildirib: "Şimali İrlandiya ilə oyuna ciddi hazırlaşırıq. Matça yaxşı köklənmişik.
Alleqri "Yuventus"la bağlı qərarını verdi
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqrinin taleyinə aydınlıq gəlib. Təcrübəli mütəxəssis "qoca sinyora"da qalmağı qərara alıb. PSJ-dən sərfəli təklif alan 50 yaşlı çalışdırıcı "Yuve" ilə yeni müqavilə bağlayaraq, söz-söhbətlərə son qoyub. Yeni sazişə görə, Alleqri 2019-cu ilin yayına qədər A seriyasının çempionunun "sükanı arxası"nda olacaq.
DÇ-2022 Qətərdə keçirilməyə bilər
Futbol üzrə 2022-ci il dünya çempionatının Qətərdə keçirilməsi Doha və qonşu ölkələr arasında diplomatik münasibətlərin pozulması və sərhədlərin bağlanması səbəbindən təhlükə altına düşüb.
Şimali İrlandiya yığmasının üzvü: "Bu, fantastika olar"
Seçmə mərhələsinin ilk dövrəsi bizim üçün yaxşı keçdi. Bu vaxta qədər qeydə alınan nəticələrdən razıyam. Bunu Şimali İrlandiya yığmasının futbolçusu Aaron Hyuz deyib. Britaniya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Azərbaycan millisinin qonağı olacaq. Şotlandiyanın "Harts" klubunda çıxış edən Hyuz Bakıda meydana çıxsa, yığmada 106-cı oyununu keçirmiş olacaq.
Millimizin rəqibi məğlub oldu, Rusiyadan 3 cavabsız qol
Dünən yığma komandalar yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar. Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən olan Çexiya Belçika ilə üz-üzə gəlib. Görüş daha güclü futbolçulardan təşkil edilən belçikalıların minimalhesablı qələbəsi ilə nəticələnib. Mundiala ev sahibliyi edəcək Rusiya Macarıstanın qapısından 3 cavabsız top keçiribsə, Türkiyə yığması Makedoniya ilə qolsuz bərabərə qalıb.
Ermənistanın PKK ilə əməkdaşlığına daha bir sübut
İşğalçı və terrorçu Ermənistan Azərbaycan üzərində hərbi üstünlüyü ələ almaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Bu məqsədlə Yerevan beynəlxalq terror şəbəkəsi, eyni zamanda ayrı-ayrı terror təşkilatları ilə yaxından əməkdaşlıq edir. Bu sırada işğalçı ölkənin PKK terror təşkilatı ilə əməkdaşlığı xüsusi diqqət çəkir. Əslində zaman-zaman Ermənistanın PKK terror təşkilatı ilə əməkdaşlığına dair fikirlər səsləndirilib və aparılan araşırmalar əsasında ortaya faktlar qoyulub. Hətta cəbhə xəttində gedən gərgin döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən yaraqlılar arasında PKK-çıların olduğuna dair dəlillər də üzə çıxıb. Hər halda həmin şəxslərin üzərindən çıxan sənədlər belə deməyə əsas verirdi.
Ərəb dünyası yeni gərginlik mərhələsində
İslam həmrəyliyi və birliyinə ciddi şəkildə ehtiyac yarandığı, zərurət duyulduğu bir vaxtda müsəlman aləmində yeni bir ixtilaf, qarşıdurma meyli müşahidə edilməkdədir. Söhbət Qətərlə Səudiyyə Ərəbistanı arasında meydana gələn insdent və onun bütün İslam aləminə yayılma ehtimalından gedir.














