Ermənistanın PKK ilə əməkdaşlığına daha bir sübut
İşğalçı və terrorçu Ermənistan Azərbaycan üzərində hərbi üstünlüyü ələ almaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Bu məqsədlə Yerevan beynəlxalq terror şəbəkəsi, eyni zamanda ayrı-ayrı terror təşkilatları ilə yaxından əməkdaşlıq edir. Bu sırada işğalçı ölkənin PKK terror təşkilatı ilə əməkdaşlığı xüsusi diqqət çəkir. Əslində zaman-zaman Ermənistanın PKK terror təşkilatı ilə əməkdaşlığına dair fikirlər səsləndirilib və aparılan araşırmalar əsasında ortaya faktlar qoyulub. Hətta cəbhə xəttində gedən gərgin döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən yaraqlılar arasında PKK-çıların olduğuna dair dəlillər də üzə çıxıb. Hər halda həmin şəxslərin üzərindən çıxan sənədlər belə deməyə əsas verirdi.
6 İyun 2017 13:37 SiyasətErmənilər terrorçuları partlayıcı maddə hazırlamaq üçün kimyəvi maddələrlə təmin edir
İşğalçı və terrorçu Ermənistan Azərbaycan üzərində hərbi üstünlüyü ələ almaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Bu məqsədlə Yerevan beynəlxalq terror şəbəkəsi, eyni zamanda ayrı-ayrı terror təşkilatları ilə yaxından əməkdaşlıq edir. Bu sırada işğalçı ölkənin PKK terror təşkilatı ilə əməkdaşlığı xüsusi diqqət çəkir. Əslində zaman-zaman Ermənistanın PKK terror təşkilatı ilə əməkdaşlığına dair fikirlər səsləndirilib və aparılan araşırmalar əsasında ortaya faktlar qoyulub. Hətta cəbhə xəttində gedən gərgin döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən yaraqlılar arasında PKK-çıların olduğuna dair dəlillər də üzə çıxıb. Hər halda həmin şəxslərin üzərindən çıxan sənədlər belə deməyə əsas verirdi.
Hazırda da Ermənistanın bu terror təşkilatı ilə əməkdaşlığı davam etməkdədir və getdikcə bu əməkdaşlıq daha da dərinləşir. İşğal altında olan Azərbaycan ərazilərində PKK təlim düşərgələrinin yaradılması və orada terrorçuların təlim keçməsi də deyilənlərin sübutudur. Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyir ki, Ermənistan PKK terrorçuları üçün təkcə təlim düşərgəsi təşkil etmir, eyni zamanda bu terrorçuları lazımı silah-sursat, partlayıcı maddələrlə də təmin edir. ASİMDER rəhbəri qeyd edib ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində təlim keçən PKK terrorçularının silah-sursatla təminatı məsələsində Gürcüstan və İran tranzit ölkə rolunu oynayır: "Təbii ki, bu marşrutda ilk ünvan isə Türkiyə, daha dəqiq desək Mersin limanı olur. Belə ki, Ermənistan iri tonnajlı yük maşınları ilə Mersin limanından "yük" götürüb Türkiyə üzərindən Gürcüstan və ya İrana keçməklə oradan da lazım olan məntəqəyə həmin "yükləri" çatdırır. Hər ay minimum 10 yük maşını olan TIR-larla həmin "yüklər" qeyd edilən marşrut üzrə Ermənistana daşınır". Göksəl Gülbəy qeyd edib ki, Ermənistana daşınan yüklərin kənd təsərrüfatı üçün istifadə edilən amonium-nitrat maddəsi olduğu iddia edilir. ASİMDER rəhbəri qeyd edir ki, aqrar sektorun inkişafı adı ilə Ermənistana aparılan həmin yüklərin ciddi şəkildə araşdırılması lazımdır: "Digər tərəfdən ammonium-nitrat maddəsi olsa belə, onun doğurdan da kənd təsərrüfatında istifadə edildiyi şübhə doğurur. Hər kəsə məlumdur ki, Ermənistan əhalisi sürətlə azalır və sadə ermənilər dolanışıq, xoş güzəran üçün xaricə üz tuturlar. Bu da o deməkdir ki, ölkədə işçi qüvvəsi azalıb və bütün sahələrdə bu özünü büruzə verir. O halda Ermənistanda kənd təsərrüfatı ilə kim məşğul olur? Yaxud, Ermənistanda kənd təsərrüfatı hansı yüksək səviyyədədir ki, hər ay 10-dan artıq TİR-la bu ölkəyə ammonium-nitrat daşınır? Əslində bütün bu sualların cavabı aydındır. Kənd təsərrüfatı, aqrar sahənin inkişafı adı ilə Ermənistana aparılan həmin kimyəvi maddələr əslində işğal altında olan Azərbaycan ərazilərindəki PKK düşərgələrinə çatdırılır. Həmin düşərgələrdə isə terrorçular bu maddədən istifadə etməklə Türkiyə əleyhinə partlayıcı maddələr hazırlayırlar ". Göksəl Gülbəy deyib ki, bu faktın özü onu deməyə əsas verir ki, Ermənistan PKK terror təşkilatına maddi-texniki dəstək verir: "Ermənistanın və erməni lobbisinin Türkiyənin Şərqi Anadolu və Cənub-Şərq bölgələrində dövlət qurmaq xəyallarının olduğunu bilirik. Bu xəyalı gerçəkləşdirmək üçün Ermənistan PKK ilə strateji əməkdaşlıq və tərəfdaşlıq edir". Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin sədri onu da təəssüf hissi ilə qeyd edib ki, Ermənistana aparılan yüklər gömrük məntəqələrində yoxlanılmır: "Həmin yüklər Ermənistan nömrə nişanlı TIR-larla daşındığı və onların tranzit keçidli olduğu üçün Türk gömrükləri və polisi tərəfindən həmin yük maşınlarına baxış keçirilmir, yoxlanılmır. Hesab edirəm ki, ölkənin Gömrük və Ticarət Nazirliyi, Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi bu məsələdə diqqətli olmalıdırlar: " Mersin Limanında aparılan yüklər gömrükdə araşdırmalıdır. Əks halda getdikcə üzləşəcəyimiz təhlükələr artacaq.
Füzuli