Şimali İrlandiya yığmasının üzvü: "Bu, fantastika olar"
Seçmə mərhələsinin ilk dövrəsi bizim üçün yaxşı keçdi. Bu vaxta qədər qeydə alınan nəticələrdən razıyam. Bunu Şimali İrlandiya yığmasının futbolçusu Aaron Hyuz deyib. Britaniya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Azərbaycan millisinin qonağı olacaq. Şotlandiyanın "Harts" klubunda çıxış edən Hyuz Bakıda meydana çıxsa, yığmada 106-cı oyununu keçirmiş olacaq.
6 İyun 2017 13:42 İdmanSeçmə mərhələsinin ilk dövrəsi bizim üçün yaxşı keçdi. Bu vaxta qədər qeydə alınan nəticələrdən razıyam. Bunu Şimali İrlandiya yığmasının futbolçusu Aaron Hyuz deyib. Britaniya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Azərbaycan millisinin qonağı olacaq. Şotlandiyanın "Harts" klubunda çıxış edən Hyuz Bakıda meydana çıxsa, yığmada 106-cı oyununu keçirmiş olacaq.
37 yaşlı müdafiəçi millinin çıxışı ilə bağlı ölkəsinin mətbuatına açıqlama verib. O, hazırda yaxşı formada olduqlarını bildirib: "Seçmə mərhələnin ilk 5 görüşündə bacardığımızı etmişik. Əsas odu ki, Avropa çempionatındakı nəticənin ardını gətirək, komandada eniş yaşanmasın. Pley-off mərhələsinə çıxmaq üçün real şansımız var. Uşaqların çoxu öz klublarında yaxşı təsir bağışlayırlar. Yəqin ki, bu amil millinin inkişafında əsas rol oynayır. Baş məşqçimiz Maykl Onil də həmişə bu haqda danışır. Hansısa oyunçumuz formada olmayanda onları kimlərlə əvəz edəcəyimizlə bağlı qorxumuz yoxdu".
Hyuz qrupda ikinci pillədə qalmaq üçün sona qədər mübarizə aparacaqlarını qeyd edib: "Yəqin ki, qrupu birinci yerdə Almaniya başa çatdıracaq. Biz isə pley-offa çıxmaq üçün sona qədər "vuruşacağıq". Dünya çempionatına yollansaq, fantastika olar. Bu yaşda yığmada qalmağımın əsas səbəbi də məhz budu. Əgər belə imkan varsa, niyə millidən gedim?".
Qeyd edək ki, 1998-ci ildən Şimali İrlandiya yığmasının şərəfini qoruyan Aaron Hyuz 105 oyunda 1 qola imza atıb. Apasport.az