Daha 17 dövlət əmlakı özəlləşdirildi

İyunun 6-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda 7 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 17 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirilən qeyri-yaşayış sahələrinin 5-i paytaxtda (Yasamal, Xətai və Nərimanov rayonlarında), 1-i isə Gəncədə yerləşir. Bu əmlakların sahəsi 14,2-107,3 kv.m arasında dəyişir. Özəlləşdirilən kiçik dövlət müəssisələrinin 4-ü Bakıda (Qaradağ, Nəsimi, Binəqədi və Nərimanov rayonlarında), 3-ü isə regionlarda (Gəncə, İmişli və Qubada) yerləşir.

İyunun 6-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib. Komitədən "Olaylar"a verilən məlumata görə, hərracda 7 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 17 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirilən qeyri-yaşayış sahələrinin 5-i paytaxtda (Yasamal, Xətai və Nərimanov rayonlarında), 1-i isə Gəncədə yerləşir. Bu əmlakların sahəsi 14,2-107,3 kv.m arasında dəyişir. Özəlləşdirilən kiçik dövlət müəssisələrinin 4-ü Bakıda (Qaradağ, Nəsimi, Binəqədi və Nərimanov rayonlarında), 3-ü isə regionlarda (Gəncə, İmişli və Qubada) yerləşir.

Qeyd edək ki, hərraca çıxarılan bir sıra əmlaklar - Bakının Qaradağ rayonundakı "Metal və ərzaq anbarı"ı, İmişli rayonundakı 2 saylı yanacaq doldurma məntəqəsi və s. torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. Anbarın torpaq sahəsi 14451,8 kv.m, ümumi faydalı sahəsi isə 2175 kv.m-ə yaxın, yanacaq doldurma məntəqəsinin torpaq sahəsi 27,5 kv.m, ümumi faydalı sahəsi isə 1370,5 kv.m dir. ƏMDK növbəti hərracını iyunun 13-də keçirəcək. Bu hərraca ümumilikdə 88 əmlak çıxarılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31