“Azərbaycan turizm potensialının elmi təşviqi” mövzusunda dəyirmi masa

İyunun 6 – da AMEA-nın konfrans zalında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurası ilə birgə “Azərbaycan turizm potensialının elmi təşviqi” mövzusunda dəyirmi masa təşkil olunub. Mərkəzdən “Olaylar” – abildirlib ki, metodiki mərkəzin 2017-ci il üçün iş planında nəzərdə tutulmuş “Mədəni turizmin inkişafına həsr olunmuş silsilə seminarlar”-ın davamı olaraq keçirilən tədbir həmçinin, Şura ilə imzalanmış anlaşma Memorandumunun çərçivəsində həyata keçirilib.

İyunun 6 - da AMEA-nın konfrans zalında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurası ilə birgə "Azərbaycan turizm potensialının elmi təşviqi" mövzusunda dəyirmi masa təşkil olunub. Mərkəzdən "Olaylar" - abildirlib ki, metodiki mərkəzin 2017-ci il üçün iş planında nəzərdə tutulmuş "Mədəni turizmin inkişafına həsr olunmuş silsilə seminarlar"-ın davamı olaraq keçirilən tədbir həmçinin, Şura ilə imzalanmış anlaşma Memorandumunun çərçivəsində həyata keçirilib.

Dəyirmi masa Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və Elmi-Metodiki Mərkəzin direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin iştirakı ilə keçirilib. Tədbirdə turizm iqtisadiyyatın güclü amili, təsirli sosial institutu, cəmiyyətdə ictimai rifahın və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsindəki, elmi və mənəvi əhəmiyyəti diqqətə çatdırıldı.

Mövzulardan biri turizm sahəsində milli keyfiyyət sistemin təşviqi və fəaliyyət planı xüsusi olaraq müzakirə olunub və geniş fikir mübadiləsi aparılıb. Tədbirdə Şura ilə Mərkəzin yeni ideyaların və birgə layihələrin vacibliyi bir daha vurğulandı.

Azərbaycan dövləti milli turizm sahəsinin inkişaf etdirilməsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan olunması nəticəsində turizmin təşviqi ilə bağlı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bir daha sübut edir ki, turizm dövlət və regional səviyyədə həyata keçirilən sosioloji, elmi və mədəni siyasətin strateji amillərdən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31