Qərəzli bəyənat, yoxsa müxalifətə dəstək aksiyası?
Qərb dövlətlərinin təsiri altında olan beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli siyasətlərini davam etdirməkdədirlər. Xüsusən, Avropa Birliyi ölkəmizlə bağlı yayılan məlumatın mahiyyətinə, onun həqiətə uyğun olub-olmamasına baxmayaraq şablon bəyənatla çıxış etmık taktikasını sərgiləməkdədir.
6 İyun 2017 13:51 SiyasətAvropa Birliyi qərəzli mövqeyindən əl çəkmək niyyətindən uzaqdır
Qərb dövlətlərinin təsiri altında olan beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli siyasətlərini davam etdirməkdədirlər. Xüsusən, Avropa Birliyi ölkəmizlə bağlı yayılan məlumatın mahiyyətinə, onun həqiətə uyğun olub-olmamasına baxmayaraq şablon bəyənatla çıxış etmık taktikasını sərgiləməkdədir. Bu günlərdə Avropa Birliyi Azərbaycanla bağlı daha bir bəyanat yayıb. Bəyanatda Əfqan Muxtarlı olayı və "siyasi məhbus" probleminə diqqət çəkilib: "Azərbaycan vətəndaşlarının, o cümlədən Gürcüstanda yaşayan hüquq müdafiəçisinin oğurlanması, qanunsuz saxlanılması və həbsi tez və şəffaf şəkildə araşdırılmalıdır: "Gürcüstanda belə bir araşdırmanın başlanılması alqışlanılır və AB prosesləri yaxından izləyəcək. Azərbaycan tərəfi beynəlxalq öhdəliklərə uyğun olaraq, əsas hüquqlar, o cümlədən ifadə azadlığı pozularaq həbs edilənləri dərhal azad etməlidir. Biz zəruri hüquqi prosedurların, qanuni əsaslarla digər dövlətlərin ərazisində yaşayan vətəndaşların siyasi hüquqlarının qorunmasına çağırırıq. İnsan haqları deklarasiyasında aydın şəkildə qeyd olunub ki, heç kim qanunsuz şəkildə həbs və ekstradisiya edilə bilməz". Bəyənatla tanış olan hər bir şəxs onun qərəzli və xüsusi sifarişlə hazırlandığının şahidi ola bilər. Bəyənatda deyilir ki, "Gürcüstanda belə bir araşdırmanın başlanılması alqışlanılır. Azərbaycan tərəfi beynəlxalq öhdəliklərə uyğun olaraq, əsas hüquqlar, o cümlədən ifadə azadlığı pozularaq həbs edilənləri dərhal azad etməlidir". Məsələ orasındadır ki, Avopa Birliyi Azərbaycanda atılan hər bir addımın, görülən istənilən səmərəli fəaliyyətin fərqinə varmaq istəmir. Əgər belə olmasaydı Əfqan Muxtarlı ilə bağlı Azərbaycanın hüquq mühafizə orqanlarının yaydığı məlumata da istinad edə bilərdi. Sirr deyil li, AB-nin sözügedən məlumatdan xəbərsiz deyil. Sadəcə həmin açıqlamada Ə.Muxtarlının qanunsuz hərəkətləri faktlarla göstərildiindən AB-nin marağından kənarda qalıb. Ona görə də işin qanunlar çərçivəsində araşdırılmasına deyil, həbs edilənləri dərhal azad edilməsinə çağırış edib.
Xatırladaq ki, Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin Əfqan Qafarlının həbsi barədə birgə yaydıqları məlumatda deyilir ki, Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş və xidmətin əməkdaşları tərəfindən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən axtarış zamanı Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, "Bank of Georgia ekspress" plastik kartı və digər əşyalar aşkar edilərək götürülmüşdür. Həmin faktla bağlı 30 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanmış və Ə.Muxtarlı şübhəli şəxs qismində tutulub. 31 may 2017-ci il tarixdə Ə.Muxtarlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 318.1, 206.1 və 315.2-ci ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunmaqla Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ə. Muxtarlı ilə bağlı Avropa İttifaqı və ABŞ Dövlət Departamentinin müvafiq olaraq 3 və 4 iyun tarixli açıqlamalarını şərh edib. XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun mətbuat xidmətinin 1 iyun 2017-ci il tarixli birgə məlumatında Azərbaycan vətəndaşı Əfqan Muxtarlının saxlanması barədə dəqiq məlumat verilib. O, bildirib ki, Gürcüstanın müvafiq dövlət qurumlarının da məsələ ilə əlaqədar açıqlaması var: "Hüquq müstəvisində olan bu məsələnin siyasiləşdirilməsi cəhdlərini düzgün hesab etmirik. Sözügedən məsələni qəsdən siyasiləşdirərək uğursuz şəkildə Azərbaycan-Gürcüstan əlaqələrinə xələl yetirməyə çalışan dairələr heç zaman öz məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan və Gürcüstan arasındakı tarixi dostluq və strateji tərəfdaşlıq münasibətləri ortaq maraqlara, qarşılıqlı faydalı əməkdaşlığa və hörmətə, bir-birinin daxili işlərinə qarışmamaq və birinin ərazisindən digərinə qarşı istifadə edilməsinə yol verməmək kimi prinsiplərə əsaslanır".
Çox təəssüf ki, sadalanan faktlara baxmayaraq ölkə müxalifətinin himayədarı qismində çıxış edən Avropa Birliyi konkret çinayət xarakterli əməli siyasiləşdirməyə çalışır. AXCP sədrinin müavini Gözəl Bayramlı və Əfqan Muxtarlının saxlanılmasının radikal müxalifət tərəfindən siyasiləşdirilməsinə çəhd edilir. Əslində isə Gözəl Bayramlı və Əfqan Muxtarlının fəaliyyətində maliyyə maxinasiyalarına və Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması hallarına yol verilib. Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Belə halda qərəzli və həqiqətə uyğun olmayan bəyənatın verilməsi heç də səmimi münasibətdən xəbər vermir. Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bildirib ki, müxalifət təmsilçiləri Gözəl Bayramlı və Əfqan Muxtarlının həbsinin mahiyyətini təhrif etməyə çalışır. "Həm Gözəl Bayramlı, həm də Əfqan Muxtarlıya konkret ittiham irəli sürülüb. Müxalif düşərgə öz fəallarının xarici ölkə banklarında hansı yollarla vəsait topladığını cəmiyyətə açıqlamaq əvəzinə, absurd fikirlər səsləndirir və faktdan yayınmağa çalışırlar. Hesab edirəm ki, ümumilikdə cəmiyyət onların qiymətini kifayət qədər yaxşı bilir. Bu gün cəmiyyətlə işləmək, onun maraqlarına uyğun təkliflər irəli sürmək, vətənpərvər olmaq, Azərbaycanın milli maraqlarından irəli gələrək çıxış etmək əvəzinə, ölkə müxalifəti bir qayda olaraq böhtan atmaqla, xarici ölkələri Azərbaycanın daxili işlərinə qarışmağa çağırmaqla məşğuldur. Göründüyü kimi müxalifətin iki nümayəndəsi maliyyə maxinasiyalarında, eyni zamanda Azərbaycan qanunvericiliyini ciddi surətdə pozmaqda maraqlıdırlar. Bu suallara hər iki şəxs, eyni zamanda onların təmsil etdiyi siyasi partiyalar da cavab verməlidir". Millət vəkili əlavə edib ki, qanun hamı üçündür və ona mütləq riayət etmək lazımdır: "Müəyyən müxalif partiyalar hesab edirlər ki, hakimiyyətə müxalif olduqlarına görə, onlara hər şey olar. Bu zaman özlərinin müxalifliyini, bu və ya digər fəalın jurnalist olmasını qabartmağa çalışırlar. Hesab edirəm ki, insanı peşəsinə və siyasi baxışına görə deyil, ilk növbədə qanuna münasibətinə görə qiymətləndirmək lazımdır. Adı çəkilən hər iki şəxs qanunu pozduqlarına görə saxlanılıblar və buna görə də qanun qarşısında cavab verəcəklər".
Alim