Gündəm

İcra başçısının qardaşı qəzada həlak oldu

6 İyun 2017 13:29

Zərdab rayon icra başçısı Lütvəli Babayevin qardaşı Əliağa Babayev Rusiyada yol qəzasında həyatını itirib. Ə.Babayev Novosibirsk şəhərindən 50 kilometr aralıda avtomobil qəzası törədib və dünyasını dəyişib. Məlumata görə, o, Rusiyada bizneslə məşğul olub. 1978-ci ildən Novosibirskdə yaşayan Əliağa Babayevin cənazəsi iyunun 7-də Mingəçevirə gətiriləcək.  

Kabildə raket tennis kortuna düşdü

6 İyun 2017 13:26

21 ölkədən nümayəndələrin iştirakı ilə işinə başlayan "Kabil prosesi" beynəlxalq konfransının keçirildiyi Əfqanıstanın paytaxtı Kabildə partlayış olub. Partlayışın diplomatik rayonun yerləşdiyi "yaşıl zona"da tennis kortuna raket düşməsi nəticəsində baş verdiyi müəyyənləşib. İtkilər barədə məlumat yoxdur.

Həmsədrlərin regiona səfərlərindən gözləntilər nədir?

6 İyun 2017 13:24

Dağlıq Qarabağ probleminin həllində beynəlxalq fəaliyyətsizlik davam etməkdədir. Münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, eləcə də həmsədr ölkələrin, digər beynəlxalq təşkilat və qurumların problemin həllinə olan diqqətsizliyi, biganə münasibəti isə getdikcə tərəflər arasında gərginliyi, nəticə etibarilə cəbhədə hərbi əməliyyatlar riskini artırır.

Qərbin regional oyunları

6 İyun 2017 13:22

Hər zaman dünyanın diqqətini özünə cəlb edə bilən Yaxın Şərq yenə də öz “liderliyini” qoruyur. Hazırda əsas diqqət yenə də bu regiona cəmlənib. Ancaq bu dəfə diqqət Yaxın Şərqin bir nömrəli poblemi sayılan İsraillə Fələstinə deyil, Səudiyyə Ərəbistanı ilə Qətərə yönəlib.

DGTYB Bərdə və Şəmkirdə yazarlarla görüş keçirib

6 İyun 2017 13:13

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “YARADICILIQ ÜFÜQLƏRİ": GƏNC YAZARLAR ÜÇÜN TOPLANTILARIN TƏŞKİLİ” adlı layihə çərçivəsində, bölgə yazarları ilə görüşlərə start verib. Bugünlərdə Bərdədə - Elektron Kitabxanda və Şəmkirdə - Heydər Əliyev Mərkəzində keçirilən ilk tədbirlərdə adıkeçən rayonlarda yaşayan yazarlar, orta məktəblərin dil-ədəbiyyat müəllimləri, şeir-sənət dostları, məktəblilər iştirak edib. Növbəti görüşlər bu ay içində Şamaxı və Abşeron rayonları üzrə, gələn ay isə nəhayət Sumqayıt və Bakıda keçiriləcək.

“Atatürk Liseyi kimi məktəblərin sayının artırılmasının çox böyük faydası var”

6 İyun 2017 13:12

Bu günlərdə Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyinin fəaliyyətə başlamasının 25 il tamam oldu. Liseyin 25 illik yubileyinin təhsil ocağının məzun buraxılışı ərəfəsinə təsadüf etməsi ikiqat bayrama çevrilib. Hər zaman olduğu kimi bu dəfəki məzun gününə Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbər heyəti də təşrif buyurub. Məlumat üçün qeyd edək ki, ənənəvi olaraq Bakı Atatürk Liseyinin məzun günü tədbirlərinə Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu, mərhum Turan Yazqan gələrdi.

2017- ci il SABIS® Regional Turnirində şagirdlərin əldə etdiyi yüksək nəticələr

6 İyun 2017 13:10

Maraqla gözlənilən 11-ci SABIS® Regional Turniri 2017-ci il, 21, 22 və 23 aprel tarixlərində Omanın Muskat şəhərində yerləşən Xurafat Beynəlxalq Məktəbinin ev sahibliyi ilə keçirilmişdir. İki ildən bir keçirilən turnirə Azərbaycan, Bəhreyn, Misir, Almaniya, İordaniya, Iraqın Kürdistan regionu, Livan, Oman, Pakistan, Qatar, Rumıniya, Səudiyyə Ərəbistan, Suriya və BƏƏ daxil olmaqla dünyanın 14 ölkəsinin 24 SABIS® məktəblərindən təqribən 1000 iştirakçı qoşulmuşdur.

Bəzi məmurlar vətəndaşların müraciətlərinə etinasız yanaşır

6 İyun 2017 13:08

Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Çox təssüf ki, bəzi hallarda vətəndaşların müraciətləri ya illərlə cavabsız qalır, ya da standart cavablar verilir. Ən yaxşı halda müracitəlr barəsində şikayət edilmiş orqanına göndərilir ki, bu da vətəndaşların haqlı narazılığı ilə qarşılanır.  

61650 manat məbləğində cərimə tətbiq edilib

6 İyun 2017 13:06

16-31 may 2017-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Bakıda qadınları soyan quldur yaxalandı

6 İyun 2017 13:05

Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan, xüsusən quldurluq cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. “Olaylar” xəbər verir ki, belə ki, iyun ayının 3-də saat 18 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq edərək onun qızıl boyunbağısını qırıb götürərək hadisə yerindən qaçıb.

Səhiyyədə bu xidmətlərdən daha çox istifadə olunur

6 İyun 2017 13:03

İyunun 6 – da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Prezidentin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin gördüyü işlərə dair tədbirdə vətəndaşların hansı elektron xidmətlərdən daha çox istifadə etdikləri açıqlanıb.

Komitə sədri: “Bizim insanlar qənaət etmək istəmirlər”

6 İyun 2017 13:01

“Azərbaycan əmək ehtiyatları çox olan ölkədir. Biz əmək tutumlu iş yerləri yaratmaq haqqında fikirləşirik". “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Gənclər daha yaxşı gələcək uğrunda" kampaniyasının yekun konfransında deyib.

Maliyyə Nazirliyində kadr dəyişikliyi

6 İyun 2017 13:00

Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə yeni müdir təyin edilib. “Olaylar” xəbər verir ki, bu vəzifəyə Firuzə Abdullayeva gətirilib. O, indiyə qədər şöbə müdiri vəzifəsini müvəqqəti icra edib. Xatırladaq ki, bundan əvvəl Uçot siyasəti şöbəsinə rəhbərlik edən Elxan Cəfərov hazırda maliyyə nazirinin müşaviri vəzifəsini tutur.

Özünə nifrət intihara yol açır

6 İyun 2017 12:59

Hər gün bir neçə intihar hadisəsi barədə məlumat yazmaq adi iş prosesinə çevrilib. Müxtəlif yaş kateqoriyaları arasında, müxtəlif üsullarla baş verən intihar faktları artıq təsirini itirib. Daha kimin özünü dənizə, yaxud 16-cı mərtəbədən yerə atması, yaşadığı mənzilin tavanından, yaxud həyətdəki ağacdan özünü asması dəhşətli və narahatverici hadisə kimi səslənmir.

Qadınların şəxsi inkişafına dəstək verilir

6 İyun 2017 12:55

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu, müsəlman ölkələrində qadınların sosial aktivliyini artırmaq, peşə təhsilini inkişaf etdirmək, onların əmək bazarında iş tapmaq imkanlarını asanlaşdırmaq, fərdi inkişafına dəstək vermək məqsədilə bu il İƏT-ə üzv ölkələrdə qadınların peşə ixtisaslarına yiyələnməsi üzrə silsilə təlim və tədbirlər həyata keçirir.