Gündəm

“Olimpiya Hərəkatı-2017”nin qalibləri məlum olub

6 İyun 2017 12:54

“Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində məktəblilərin respublika birinciliyinin qalibləri bəlli olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən final mərhələsində Bakı şəhəri üzrə 12 rayondan 60 məktəbin komandası qalibiyyət uğrunda mübarizə aparıb. Bakı məktəbliləri ilə yanaşı, Sumqayıt, Göygöl və Gəncə məktəbliləri də yarışlara qatılıblar. Məktəblilər 5 idman növü–voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə yarışıblar.

19 adda elektron xidmət yenidən hazırlanıb

6 İyun 2017 12:53

İyunun 6 – da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Prezidentin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin gördüyü işlərə dair tədbir keçirilib.

Psixoloq: “Sevgi və diqqət stresə qarşı ən gözəl vasitədir”

6 İyun 2017 12:45

“Stress insanda psixo-fizioloji dəyişimdir və bu, birbaşa orqanizmə zərər vurur. Onunla mübarizə isə individualdır”. Bunu Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.

XİN rəsmisi dilomatik korpuslarımızın gördüyü işlərdən danışdı

6 İyun 2017 12:44

“Azərbaycan həqiqətlərinin dünya ölkələrində təbliği ilə bağlı diplomatik korpuslarımızın gördüyü işlər, Ermənistanın təcavüzkar siyasətinin regionda sülhə təhdidləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması kimi məsələlər Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin qarşısında duran bir nömrəli prioritet vəzifələrdən biridir və bu istiqamətdə işlər daimi əsasla aparılır”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Rusiya AŞPA-ya təxminən 11 milyon avro məbləğində vəsaitin ödənişini blokladı

6 İyun 2017 12:40

Rusiya bu il Avropa Şurasına ayırmalı olduğu və AŞ-in Parlament Assambleyasının (AŞPA) maliyyələşdirilməsi üçün nəzərdə tutulan ianənin üçdə birini bloklayıb. Bu isə təxminən 11 milyon avro deməkdir.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 40-cı cildi çapdan çıxıb

6 İyun 2017 12:39

"Ordu quruculuğu məsələləri həmişə diqqət mərkəzindədir". Bu sözlər "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 40-cı cildindən götürülüb.

Yağış yağacaq, dolu düşəcək

6 İyun 2017 12:35

İyunun 7-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Mübariz Əhmədoğlu: “İran-Azərbaycan dəmir yolunun tikilməməsinin çox səbəbi ola bilər”

6 İyun 2017 12:32

“Ermənistan siyasilərinə görə “İran-Azərbaycan dəmir yolu layihəsi havadan asılı vəziyyətdə qalıb. Azərbaycan vəd verdiyi pulu ayırmadığı üçün bu dəmir yolu tikilmir. Səbəb Azərbaycan Beynəlxalq Bankının bankrot olmasıdır”. İranşünas VardanVoskanyanın fikrincə, Ermənistan üçün öz niyyətlərini reallaşdırmaq yolunda əlavə imkanlar yaranıb. Yerevan bu momentdən istifadə etməyi bacarmalıdır”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Deputat: "Azər­bay­can­da struk­tur də­yi­şik­lik­lə­ri­ xalqın mənafeyinə xidmət edir" 

6 İyun 2017 12:31

“Ölkəmizdə bütün sahələrdə struktur dəyişiklikləri, eləcə də çevik idarəçilik sahəsində aparılan islahatlar daha effektli və daha çevik qərarların verilməsi, sənədlərin hazırlanması və icrası üçün vacibdir”. Bunu  Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Səbuhi Abbasov: “ABŞ ölkəmizi Avropa üçün enerji təminatında alternativ hesab edir” 

6 İyun 2017 12:23

“Azərbaycan hər zaman ABŞ üçün strateji tərəfdaş olub. Cənubi Qafqaz regionunda bütün iqtisadi layihələrin məhz Azərbaycanın adı ilə bağlı olduğunu ABŞ hər zaman qəbul edir”. Bunu Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.

“Vulqar ifadələr var” - MTRŞ-dan “Maşın şou" açıqlaması

6 İyun 2017 12:20

“Maşın” realiti şousu efirə yayımlanan ilk gündən qalmaqalları, müzakirələri ilə gündəmi zəbt edib.  İştirakçıların proqramda qeyri-etik ifadələrdən, təhqirlərdən istifadə etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tez müzakirələrə səbəb olub. Onlar tanınmışların vulqar danışmasını, əsəblərini cilovlaya bilmədiklərini xüsusi qeyd edərək ulduzları tənqid atəşinə tutublar.

Roza Zərgərli "əri"ni aldadır? - ŞOK TƏFƏRRÜAT

6 İyun 2017 12:17

Müğənni Roza Zərgərli tez-tez verdiyi açıqlamaları ilə gündəmə gəlir. Maraqlıdır ki, müğənni xanım hər dəfə həyat yoldaşından bəhs etsə də, onun kimliyini mətbuatdan gizli saxlayır.

Əməkdar rəssam Rais Rəsulzadənin fərdi sərgisi açılıb

6 İyun 2017 12:15

Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Əməkdar rəssam Rais Rəsulzadənin sənət əsərlərindən ibarət fərdi sərgisi açılıb. Millət vəkilləri, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və Rəssamlar İttifaqının nümayəndələrinin iştirakı etdiyi sərgidə rəssamın “Çinarlar”, “Çaykənd yağışdan sonra”, “Quşçular kəndi”, “Abşeronda”, “Kəpəz və Murovdağ”, “Dəniz kənarında qəsəbə”, “Şəkidə bahar”, “Şahdağ” kimi əsərləri yer alıb.

Kimlərin ölkədən çıxışına qadağa qoyulub?

6 İyun 2017 12:14

Daxili İşlər Nazirliyininn saytında ölkədən çıxışına qadağa qoyulmuş və borclu kimi axtarışda olanların siyahısı yerləşdirilib. “Olaylar” xəbər verir ki, mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotu ilə bağlı fəaliyyətin yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi veb-saytında yeni informasiya resursu yaradılıb.

Ombudsman: "Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradə var"

6 İyun 2017 12:11

Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradə var. Bunu Ombudsman Elmira Süleymanova Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və Ombudsmanlarının 3-cü Görüşündə çıxışı zaman deyib.