Əməkdar rəssam Rais Rəsulzadənin fərdi sərgisi açılıb

Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Əməkdar rəssam Rais Rəsulzadənin sənət əsərlərindən ibarət fərdi sərgisi açılıb. Millət vəkilləri, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və Rəssamlar İttifaqının nümayəndələrinin iştirakı etdiyi sərgidə rəssamın “Çinarlar”, “Çaykənd yağışdan sonra”, “Quşçular kəndi”, “Abşeronda”, “Kəpəz və Murovdağ”, “Dəniz kənarında qəsəbə”, “Şəkidə bahar”, “Şahdağ” kimi əsərləri yer alıb.

Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Əməkdar rəssam Rais Rəsulzadənin sənət əsərlərindən ibarət fərdi sərgisi açılıb. Millət vəkilləri, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və Rəssamlar İttifaqının nümayəndələrinin iştirakı etdiyi sərgidə rəssamın "Çinarlar", "Çaykənd yağışdan sonra", "Quşçular kəndi", "Abşeronda", "Kəpəz və Murovdağ", "Dəniz kənarında qəsəbə", "Şəkidə bahar", "Şahdağ" kimi əsərləri yer alıb.

Tədbirdə İttifaqın katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək Rais Rəsulzadənin Azərbaycanda sulu boyanı yaşadan peşəkar rəssamlardan biri olduğunu söyləyib. Qeyd edib ki, rəssamın yaratdığı əsərlər əsasən böyük həcmli, müxtəlif fiqurlu, kompozisiyalardan və mənzərələrdən ibarətdir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyatı Muzeyininin direktoru, akademik Rafael Hüseynov  çıxış edərək rəssamın fərdi sərgisinin açılmasının onun bioqrafiyasının parlaq hadisəsi adlandırıb. Alim R.Rəsulzadənin bütün yaradıcılığında Azərbaycan, onun təbiəti, ruhu və varlığının əks olunduğunu diqqətə çatdırıb.

Tədbirdə millət vəkili Fazil Mustafa, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qabil Abbasov və digərləri çıxış edərək R.Rəsulzadənin təsviri sənətin inkişafına verdiyi dəyərli töhfələrdən söhbət açıb, sərgi ilə bağlı fikirlərini bölüşüblər.

Sonda rəssam Rais Rəsulzadə tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Sərgi bir həftə davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31