19 adda elektron xidmət yenidən hazırlanıb

İyunun 6 – da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Prezidentin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin gördüyü işlərə dair tədbir keçirilib.

İyunun 6 - da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Prezidentin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası üzrə Səhiyyə Nazirliyinin gördüyü işlərə dair tədbir keçirilib.

Nazirlikdən "Olaylar" - a bildirilib ki, tədbirdə nazirliyin vətəndaşlara elektron xidmətlərindən,  göstərilən elektron xidmətlərin istifadəsinin asanlaşdırılması məqsədi ilə 19 adda elektron xidmət yenidən hazırlanıb istifadəyə verildiyi haqqında məlumat verilib. O cümlədən, "Doğum haqqında tibbi şəhadətnamə" elektron registrindən məlumatların verilməsi; xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu; özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi xidmətləri elektron formada göstərilir.

Həmçinin, elektron formada təqdim edilən xidmətlər siyahısına dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu, dərman vasitəsinin və dərman maddəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi və s. aiddir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31