Çin bu səbəbdən Azərbaycanın daha 2 illik sədrliyini dəstəkləyir - Vanq Yin
14:45 SiyasətAsiya ölkələrinin inkişafı üçün AQEM əməkdaşlıq platformasıdır.
Bunu Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yin cümə axşamı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
O qeyd edib ki, AQEM Asiyada sülhə dəstək verən bir platformadır.
"Azərbaycan iki illik sədrliyi dövründə iqlim dəyişikliyi istiqamətində uğurlu işlər həyata keçirib. Çin bu səbəbdən Azərbaycanın sədrliyini dəstəkləyir. Hazırda sürətli dəyişikliklər dövründən keçirik. Həmrəyliyimizi inkişaf etdirməliyik ki, böhranlı vəziyyətdən asanlıqla çıxaq. Asiya qitəsi ən dinamik və çoxşaxəli sivilizasiyalara ev sahibliyi edir. Hər bir dövlətin idarəetmə üsuluna hörmətlə yanaşmalıyıq", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycanın sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçirilir.
İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın sədrliyinin təşkilatın möhkəmləndirilməsi və üzv dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.
"Daha güclü AQEM: Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf" şüarını rəhbər tutaraq, Azərbaycan 2024-2026-cı illər üzrə sədrliyi dövründə dialoqu və nəticəyönümlü əməkdaşlığı təşviq edib.