Gündəm

Zakir Qaralov: "QHT və partiyalar digər ölkələrdə hesablar açmaqla, Azərbaycana qanunsuz maliyyə gətirmək istəyir"

6 İyun 2017 12:08

"Uzun illər özünü müxalifət adlandıran, qanunvericiliyə uyğun qeydiyyatdan keçməyən həm siyasi partiyalar, həm QHT qanunvericiliyin tələblərini, xüsusən, maliyyə şəffaflığı sahəsində tələbləri pozub". Bunu baş prokuror Zakir Qaralov deyib. Baş prokuror bildirib ki, partiyalar Mərkəzi Seçki Komissiyasına, QHT isə Maliyyə Nazirliyinə aldıqları qrantlar, beynəlxalq təşkilatlardan aldıqları pullar barədə məlumatlar verməlidir: "Onlar uzun illərdir, bu barədə müvafiq məlumatlar təqdim etmirdi. Biz məcbur olduq ki, bir sıra ciddi tədbirlər görək ki, onları qanuna dəvət edək.

Baş prokuror: "Casus şəbəkəsinin ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür"

6 İyun 2017 12:06

"Bu casus şəbəkəsinin, cinayətkar qrupun ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür". Bunu bu gün baş prokuror Zakir Qaralov bildirib. Baş prokuror deyib ki, bu cinayət işinin ətrafında Azərbaycan Ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyimizə xələl gətirən məlumatlar, məqalələr dərc etməkdədir: "Artıq 6 KİV-əBaş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib.

Bakıda İƏT ölkələrinin prokurorluq və korrupsiyaya qarşı mübarizə qurumlarının görüşü keçirilir

6 İyun 2017 12:04

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq,  ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanların  III görüşü başlayıb. Görüşə Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, ombudsmanlarının və digər dövlət qurumlarının rəhbərləri, vəzifəli şəxsləri, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibindən ibarət nümayəndə heyəti, Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Zaqatala rayonunda yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinə və şəhid ailəsinə təqdim olunub

6 İyun 2017 11:58

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zaqatala rayonunda inşa etdirilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsinin istifadəsinə verilib. Evlərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Zaqatala rayon İcra Hakimiyyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Natiq Əliyevin vəziyyəti stabilləşib

6 İyun 2017 11:57

Ürəyində yaranmış problemlə bağlı Türkiyədə müalicə olunan Azərbaycanın energetika naziri Natiq Əliyevin vəziyyəti sabitdir.  Həkimlərin səyi nəticəsində nazirin vəziyyəti stabilləşib, müalicəsi davam etdirilir. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunur.

Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” layihəsinin təqdimatı olub

6 İyun 2017 11:56

Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” layihəsinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı olub. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, “Azərbaycan və İslam dünyası” adlı elektron resursu Prezident Kitabxanasının əməkdaşları hazırlayıblar. Hələlik Azərbaycan dilində hazırlanan və http://islamworld.preslib.az/domenində yerləşdirilən resursun strukturu haqqında məlumat verən M. Əhmədov bildirib ki, resurs 12 əsas bölmədən ibarətdir.

Erməni mütəxəssis: "Azərbaycanın Metsamor AES-i vurması nəticəsi bəlli olmayan qlobal qəzaya gətirib çıxara bilər"

6 İyun 2017 11:53

Ermənistanın “Delovoy Ekspress”  saytında iyunun 5-də Metsamor AES üzrə mütəxəssisin məqaləsi dərc edilib.

Əfqanıstanda terrorda ölənlərin sayı 150-yə çatdı

6 İyun 2017 11:48

Əfqanıstan prezidenti Əşraf Qani ötən həftə Kabulda baş verən terrorda ölənlərin sayının 150-yə çatdığını açıqlayıb.  Prezident Kabulda diplomatları ilə görüşdə bildirib ki, terrorda 150-dən çox insan ölüb, 300-dən çox insan isə müxtəlif yanıq xəsarətləri və amputasiyalarla xəstəxanaya yerləşdiriliblər. 

İşveçdə 2 nəfər polisə hücum edib

6 İyun 2017 11:45

İşveçin paytaxtı Stokholmda 2 nəfər polis patruluna hücum edib. Bu haqda Stokholm polisi xəbər verib. Məlumata görə, hücum edənlərdən biri güllə yarası alıb. Belə ki, polislərdən biri xəbərdarlıq atəşi açıb. Hücum edənlərdən biri odlu silahla yaralanmış və xəstəxanaya yerləşdirilib.

Qətər ərəb ölkələri ilə münasibətləri gərginləşdirmək istəmir

6 İyun 2017 11:43

Qətər Doha ilə bütün əlaqələri qıran ölkələr ilə münasibətləri gərginləşdirmək istəmir. Bunu Qətərin xarici işlər naziri Məhəmməd Abderrəhman Əl Tani deyib. 

Ərdoğanla Putin Qətəri müzakirə ediblər

6 İyun 2017 11:42

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Bu haqda Kremlin mətbuat xidməti xəbər verib. Danışıq zamanı ölkə liderləri Qətər ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilib. 

Dilqəm Əsgərova atasının ölüm xəbəri çatdırıldı

6 İyun 2017 11:40

Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərova atasının vəfat etməsi ilə bağlı məlumat verilib. Bu barədə  Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. "Babamın vəfat etməsini atama məktubla bildirdik. Atam babamı çox istəyirdi. Həmişə məktublarında onu soruşurdu. Deyirdi ki, "atamdan muğayət olun". Biz isə onun ölüm xəbərini göndərdik. Həmin vaxtdan bəri atamdan heç bir məlumat almamışıq. Artıq bir neçə aydır ki, atama heç kim baş çəkməyib" - deyə K. Əsgərov qeyd edib. 

London terrorçusunun xanımı: "Həyatımı dəyişmək istəyirdi"

6 İyun 2017 11:39

Rəşid Buduan və Xuram Şəzad Butt... Bu insanlar ötən həftənin şənbə günü Britaniyanın paytaxtı Londonda məşum terror aktı törədənlərdir. Rəşid Buduan London körpüsündə mikroavtobusla insanları basıb öldürməzdən əvvəl WhatsApp vasitəsilə arvadına və qızına Qurani-Kərimdən ayə yollayıb. Bir qədər əvvəl isə o, şəhərin Barkinq səmtindəki mənzilinə yollanmış, xanımı Xariss O-Liri və 18 aylıq qızı ilə vidalaşmışdı.

İlham Əliyev: "Beynəlxalq tələblərə uyğun qanunvericilik və dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi antikorrupsiya siyasətimizin uğurlarındandır"

6 İyun 2017 11:36

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri və ombudsmanların 3-cü görüşündə Azərbaycan Prezidentinin tədbir iştirakçılarına müraciəti oxunub.

"Neftçilər" stansiyasının vestibülləri təmir edilir

6 İyun 2017 11:32

"Neftçilər" stansiyasının vestibüllərində təmir işlərinə başlanılıb. “Bakımetropoliteni” QSC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 1972-ci ildə istismara verilmiş stansiyanın hər iki vestibülündə döşəmə və divar örtüyü uzun müddət istismar edildiyindən onların dəyişdirilməsi zərurəti yaranıb.