Bakıda İƏT ölkələrinin prokurorluq və korrupsiyaya qarşı mübarizə qurumlarının görüşü keçirilir

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq,  ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanların  III görüşü başlayıb. Görüşə Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, ombudsmanlarının və digər dövlət qurumlarının rəhbərləri, vəzifəli şəxsləri, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibindən ibarət nümayəndə heyəti, Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Tədbirin rəsmi açılışında çıxış edən baş prokuror Zakir Qaralovtədbirə qatılan iştirakçılara təşəkkür edib. Z. Qaralov deyib ki, Azərbaycan müsəlman ölkələri ilə mehriban və dostluğa əsaslanan qarşılıqlı münasibətlər qurur: "Müasir dövrdə müsəlman dövlətlərinin siyasi, mədəni birliyə, tərəfdaşlığa ehtiyacı var. İqtisadi Əməkdaşlıq Təşkilatı mühüm regional təşkilatdır. Təşkilata üzv ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi ilə əlaqədar qarşıya qoyulan məqsədə nail olunacağına inanıram".

Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Fuad ƏləsgərovAzərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

İqtisadi Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Ələvi Səbzivari bildirib ki, antikorrupsiya təşkilatın gündəmində xüsusi yer tutur: "Tacikistanda keçirilən görüşdə regional Antikorrupsiya Mərkəzi yaradılması zəruri sayılmışdı. Azərbaycanda iki gün ərzində keçiriləcək tədbir göstərir ki, ölkələr arasında möhkəm əməkdaşlıq mövcuddur. Tədbirin keçirilməsinə imkan yaratdığı və tədbirin yüksək səviyyədə keçirilməsini təmin etdiyi üçün Azərbaycana təşəkkür edirəm". 

Ombudsman Elmira Süleymanova qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra proqramlar, 3 strateji sənəd qəbul edilib: "Korrupsiyaya qarşı mübarizə barədə qanuna əsasən Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və Baş Prokurorluğun müvafiq qurumu yaradılıb. Osmbudsman institutu da korrupsiyaya qarşı mübarizədə mühüm təsisat kimi diqqəti cəlb edir. Ombudsan institutunun səlahiyyətli dövlət orqanları ilə əməkdaşlığı uğurlara zəmanət verir".

Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) dekanı və icraçı katibi Martin Kreutner bildirib ki, Bakıya beşinci dəfə gəlir: "Bizim Akademiya beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir, 71 ölkəni bir araya gətiririk. Çox şadam ki, Azərbaycan bu təşəbbüsdə iştirak edir. İqtisadi Əməkdaşlıq Təşkilatının 10 üzvündən 6-sı Akademiyanın üzvüdür, 4 təşkilatı da üzvlüyə dəvət edirəm. Korrupsiya ölkələrə zorakılıq, qeyri-sabitlik gətirə bilər. Ona görə də ölkələrin iqtisadi inkişafında antikorrupsiya tədbirləri mühüm əhəmiyyət daşıyır. Qlobal çətinlikləri birlikdə həll etməyə çalışaq. Tək Azərbaycan deyil, İqtisadi Əməkdaşlıq Təşkilatının digər üzvləri ilə əməkdaşlığa da həmişə hazırıq".

Baş prokuror Z. Qaralov Azərbaycanın İACA ilə davamlı əməkdaşlıq edəcəyini vurğulayıb: "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin İACA ilə fəal əməkdaşlıq edəcəyinə inanıram".

Daha sonra tədbir iştirakçılarının təklifi ilə görüşə baş prokuror Zakir Qaralovun sədrlik etməsi dəstəklənib. Görüşün gündəliyi təsdiqlənib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31