London terrorçusunun xanımı: "Həyatımı dəyişmək istəyirdi"

Rəşid Buduan və Xuram Şəzad Butt... Bu insanlar ötən həftənin şənbə günü Britaniyanın paytaxtı Londonda məşum terror aktı törədənlərdir. Rəşid Buduan London körpüsündə mikroavtobusla insanları basıb öldürməzdən əvvəl WhatsApp vasitəsilə arvadına və qızına Qurani-Kərimdən ayə yollayıb. Bir qədər əvvəl isə o, şəhərin Barkinq səmtindəki mənzilinə yollanmış, xanımı Xariss O-Liri və 18 aylıq qızı ilə vidalaşmışdı.

Mərakeş əsilli R.Buduan üç saat sonra terakta başlamışdı. O, Londonda 7 nəfərin ölümü, 48 nəfərinsə yaralanması ilə nəticələnən məşum teraktı törədən üç nəfərdən biri idi. Dünən yayılan iddialara görə, Rəşid Reduanın Liviya əsilli olması da istisna edilmir. Eyni zamanda, Rəşid Reduanın ötən ildən bəri Britaniyanın xüsusi xidmət orqanlarının, xüsüsilə Mİ5-in nəzarətində olması aşkarlanıb. Bu adamın İŞİD-ə rəğbəti bəlli olsa da, onu "terrora meylli" saymamışdılar. 38 yaşlı Xariss O-Lirinin dediyinə görə, əri onun həyat tərzini, dünyagörüşünü dəyişməyə çalışırdı: "Mənə televizora baxmağı da yasaqlamışdı. Deyirdi ki, televizora çox baxmaq insanın mənəviyyatını pozur, kişiləri homoseksual, qadınları lesbiyan edir. Çadra örtməyimi də istəyirdi". Milli.Az Daily Mail-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31